Azərbaycanın iri alüminium şirkətinin xalis mənfəəti azalıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində fəaliyyət göstərən "Azəralüminium" MMC 2022-ci ili 27 milyon 715 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 30 milyon 76 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ildə 2021-ci illə müqayisədə "Azəralüminium" şirkətinin xalis mənfəti 2 milyon 361 min manat və ya 7,6% azalıb.
Marja.az-ın şirkətin maliyyə hesabatına istinadən məlumatına görə, "Azəralüminium" MMC-nin satışdan gəlirləri 2021-ci ildə 234 milyon 385 min manat ikən, 2022-ci ildə 286 milyon 720 min manata yükəlib.
Ötən il şirkətin satışdan gəlirlərinin 52 milyon 335 min manat artmasına qarşlıq, satışın maya dəyəri 61 miylon 579 min manat artıb. Xərclərin gəlirlərdən daha çox artması ötən il ümumi mənfəəti azaldıb.
Ötən il “Azəralüminium” folqa və digər alüminium məhsullarının satışından 167 milyon 498 min manat (2021-də 179 milyon 601 min manat), ilkin alüminiumun satışından 112 milyon 157 min manat (2021-də 49 milyon 4221 min manat), digər satışlardan 7 milyon 64 min manat (2021-də 5 milyon 363 min manat) gəlir əldə edib. Ötən il “Azəralüminium”un ilkin alüminiumun satışından gəliri 2,3 dəfə artıb.
“Azəralüminium” MMC-nin ən üst nəzarət subyekti Azərbaycan Respublikasının Hökumətidir və 100% “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. “Azəralüminium” əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısıdır. Cəmiyyətin əsas fəaliyyəti alüminium kompleksində və digər obyektlərdə cəmləşdirilmişdir. Bu fəaliyyətə fasiləsiz tökmə rulonlar, külçələr və soyuqyayma məhsullar kimi ilkin alüminium və əlavə məhsulların istehsalı daxildir.
Qeyd edilib ki, “Azəralüminium”un əməliyyatları qlobal alüminium və alüminium oksidinin qiymətlərindən çox asılıdır. Alüminiumun qiyməti 2022-ci il ərzində bir ton üçün təxminən 3,800 ABŞ dolları məbləğinə yüksəlmiş və sonra ilin sonuna qədər 2,400 ABŞ dolları məbləğinə enmişdir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 saat sonra
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
1 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















