Azərbaycanda zərər çəkmiş sığortalı fermerlərə - 6 MILYON MANAT ÖDƏNILƏCƏK
2023-cü ildə Azərbaycanda təbii fəlakətlər və digər hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlər üzrə təqribən 6 milyon manat sığorta ödənişi ediləcək.
Bu barədə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov Qusar rayonunda jurnalistlərə açıqlamasında bildirib.
Fond sədri bildirib ki, artıq təbii fəlakətlər nəticəsində fermerlərə dəyən zərərlərin ödənilməsinə başlanılıb: "Təqribi hesabamalara görə, bu il əkin sahələri üzrə aqrar sığrta ödənişləri 6 milyon manata çatacaq".
Azərbaycanda payızlıq əkin sahələrinin bəyanı prosesinin başlandığını xatırladan Fond sədri fermerləri əkin sahələrini vaxtında sığortalamağa çağırıb: "Fermerlər əkinlərini vaxtında bəyan edərək sahələrini sığorta etsinlər ki, hadisə baş verəndə dövlətdən təzminat ala bilsinlər".
F.Sadıqovun sözlərinə görə, artıq ölkədə bu il əkin sahələrinə dəyən zərərlərlə bağlı ödənişlər başlayıb və bu məbləğin 6 milyon manata çatması gözlənilir:
"Ölkədə tətbiq edilən yeni sistem olmasına baxmayaraq, bu il ərzində təsdiq edilmiş zərər ödənişlərinin həcmi artıq 6 milyon manata yaxınlaşıb, bu kifayət qədər böyük rəqəmdir".
Fond rəhbəri bildirib ki, ildən ilə sığortalanan ərazilərin həcmi artdıqca fermerlərin aldığı zərər ödənişlərinin məbləği də böyüyür: «Təbiət hadisələrinin sayı da artır və bu hadisələrdən qorunmaq üçün fermerlərə dövlət dəstəyi ilə sığorta xidmətləri göstəririk».
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqindən qısa müddət keçməsinə baxmayaraq zərər çəkən fermerlərə sığorta ödənişləri hər il artmaqdadır.
Belə ki, 2021-ci ildə fermerlərə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat sığorta ödənişi edildiyi halda, 2023-cü ildə bu göstəricinin 2 dəfədən də çox artması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)



