Bu il hava xurma üçün əlverişli olub, məhsul boldur, alıcısı var
Şəmkir rayonunda kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir.
Rayonun xurma bağlarında məhsul yığımı sona çatmaq üzrədir. Bu il havanın xurma bağları üçün əlverişli olması və göstərilən aqrotexniki qulluq nəticəsində demək olar ki, Şəmkirin hər yerində bol məhsul yetişdirilib.
Əsasən fərdi təsərrüfatlarda yetişdirilən xurma iş adamları tərəfindən kənd sakinlərindən alınaraq qablaşdırılır və böyük hissəsi Rusiyaya ixrac edilir.
Rayonun 1800 hektardan çox bar verən xurma bağlarından bu il 150-170 sentner məhsuldarlıq götürən təsərrüfat sahibləri alıcı sarıdan korluq çəkmirlər. Bağbanlar məhsulu elə yerindəcə, yəni, meyvə bağlarında müştərilərə satırlar.
Qeyd edək ki, Şəmkir rayonunda aqrar sektorun mühüm sahələrindən olan meyvəçiliyə maraq ilbəil artır. Hazırda rayonda 5 min hektardan çox meyvə və giləmeyvə bağları mövcuddur.
Cari ildə Şəmkirdə mövcud olan 1842 hektar xurma bağlarından 32461,6 ton meyvə yığılıb. İstehsal olunan məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 15 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















