Vergi Məxəlləsinə icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərclərilə bağlı dəyişiklik edilir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Marja.az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, 2024-cü ildən icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərcləri icarə müqaviləsi müddəti ərzində, lakin 5 ildən az olmayan müddətə illər üzrə mütənasib olaraq amortizasiya edilərək gəlirdən çıxılacaq:
“Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bildirib:
"2024-cü ildən Vergi Məcəllənin 115.6-1-ci maddəsinə dəyişiklik nəzərdə tutulub. Qüvvədə olan mövcud qanunvericiliyə əsasən icarəçinin balansında uçota alınmayan icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən təmir xərcləri kapitallaşdırılır və təmir edilən həmin əsas vəsaitin amortizasiya norması tətbiq edilərək təmir xərci amortizasiya şəklində gəlirdən çıxılır. Dəyişikliyə əsasən icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərcləri icarə müqaviləsi müddəti ərzində, lakin 5 ildən az olmayan müddətə illər üzrə mütənasib olaraq amortizasiya edilərək gəlirdən çıxılacaq. Məsələn, vergi ödəyicisi 10 il müddətinə icarəyə götürdüyü ofisə 10000 manat təmir xərci çəkib. Belə olan halda 10000 manat təmir xərci hər il üçün 1000 manat(10000 manat/10 il) olmaqla gəlirdən çıxılacaq. Əgər icarə müqaviləsinin müddəti 4 illikdirsə, o zaman 10000 manat təmir xərci hər il üçün 2500 manat(10000 manat/4 il) deyil, 2000 manat(10000 manat/5 il) olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)




