Yükdaşıma və logistika sahəsindəki iş adamları ilə görüş keçirilib
Avqustun 1-də Bakı Baş Gömrük İdarəsində yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin yayadığı məlumata görə, görüşdə gömrük sistemində yeniliklər barədə məlumat verilib, yükdaşımalar və logistika xidmətləri üzrə gömrük nəzarəti qaydalarına dair məsələlər müzakirə edilib.
Bildirilib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət bütün sferaların, o cümlədən logistika sektorunun bütün sahələrinin inkişafına təkan verib.
Müzakirə edilən məsələlərdən biri - istehlak mallarının istifadəçilərə çatdırılması mexanizminin, eləcə də gömrük nəzarətinin yüksək səviyyədə təşkili məqsədilə daşımaları həyata keçirən şirkətlər tərəfindən məlumatların vaxtında və əhatəli şəkildə təqdim edilməsi mexanizminin səmərəliliyinin daha da artırılması olub.
Görüş iştirakçıları arasında fikir mübadiləsi zamanı bu məsələlərin davamlı olaraq diqqətdə saxlanılmasının zəruriliyi qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
12 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
















.jpg)

.jpg)



