Qlobal bazarlarda son vəziyyət
Çərşənbə günü ABŞ-da İstehsal Qiymətləri İndeksi (PPİ) proqnozların altında açıqlansa da Dollar indeksində müsbət tendensiya müşahidə edildi.
Ölkədə PPİ oktyabr ayında 0.5% aylıq göstərici ilə 2020-ci ilin aprelindən bu yana ən böyük enişini yaşadı. İllik müqayisədə isə istehsal qiymətlərindəki inflyasiya səviyyəsi 1.3%-lik artımla ehtimalların altında açıqlandı.
Mövsümi şərtələrə bağlı olan ərzaq və enerji qiymətlərini əhatə etməyən İstehsal Qiymətlərinin Baza İndeksi oktyabr ayında aylıq müqayisədə dəyişməz qaldı, lakin illik müqayisədə 2.4% artdı.
ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi də oktyabr ayında aylıq müqayisədə 0.1% azalaraq proqnozları qarşılamadı. Mart ayından bəri ilk dəfə aylıq əsasda azalan pərakəndə satışlar, illik müqayisədə 2.5% artıb.
Analitikər, bu göstəricilərin bayram alış-veriş mövsümünə girərkən yay xərcləri bumunun soyuduğuna işarə olduğunu ifadə edirlər.
Ölkədə 30 illik ipoteka krediti üzrə orta faiz dərəcəsi 7.61%-lə sentyabrın sonundan bəri ən aşağı səviyyədə qalmağa davam edərkən, ipoteka müraciətləri 2.8% artıb.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Nyu York Şöbəsi tərəfindən açıqlanan istehsal indeksi noyabr ayında bazar proqnozlarını aşaraq 9.1 bənd səviyyəsinə yüksəlib.
FED rəsmilərinin açıqlamalarına gəldikdə, San-Fransisko FED sədri Meri Deyli inflyasiyanın daha da yavaşladığını göstərən son iqtisadi məlumatların "ümid verici" olduğunu ifadə edib.
FED-in faiz artımı dövrünə erkən son qoyulması ilə bağlı xəbərdarlıq edən Deyli, Mərkəzi bankın pul-kredit siyasətini sərtləşdirməyə başladığını, lakin sonra birdən kursu geri çevirmək məcburiyyətində qaldığını söylədiyi "stop-start" vəziyyətindən narahatlığını da ifadə edib.
Dünən Dollar indeksinin (DXY) bir qədər bahalaşması fonunda major valyutalar dollar qarşısında qismən ucuzlaşdılar. Belə ki, EURUSD 1.0834, GBPUSD 1.2380 hədlərinə kimi gerilədi. USDJPY məzənnəsi isə 151.40 səviyyəsinə kimi bahalaşdı. Qızıl isə (XAUUSD) 1973$ səviyyəsində “ayılar”ın müqaviməti ilə qarşılaşaraq ucuzlaşdı və günlük şamı 1957$ səviyyəsində bağladı.
Bu gün isə Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq İşsizlik Müavinatı üçün Müraciətlərin ayı və Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Həmçinin saat 15:30-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı da major valyutaların, əsasən da EURUSD və GBPUSD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
10 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
11 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)














.jpg)

