İlham Əliyev Fələstin Prezidentinə məktub göndərdi
"Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik"Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa məktub göndərib.
Marja.az xəbər verir ki, məktubda deyilir:
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış müsbət addım idi. Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir.
Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir.
İnanıram ki, ölkələrimiz arasında xoş ənənələrə malik dostluq əlaqələri və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2023-cü il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
3 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!


















