Dövlət Xidmətində “Trendyol” ilə görüş keçirildi
Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyənin “Trendyol” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Marja xəbər verir ki, görüşdə rəqabət və istehlakçı hüquqlarının müdafiəsi mövzularında müzakirələr aparılıb.
Azərbaycanın istehlak bazarında seçimin və əlçatanlığın daha da genişlənməsinin önəmi, eyni zamanda, sahibkar-istehlakçı münasibətlərində istehlakçı məmnuniyyəti və institusional yönümlü davranışların əhəmiyyəti qeyd olunub.
Nümayəndə heyətinə, həmçinin Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Rəqabət Məcəlləsinin yeni layihəsi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqinə töhfə verəcək.
Aparılan müzakirələr zamanı tərəflər qanunvericiliyin təminatında dövlət-özəl dialoqunun vacibliyini vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























