Bu il 58 mindən çox yeni "kupça" verilib
2023-cü ilin 9 ayında mülkiyyət hüququ qeydiyyata alınan daşınmaz əmlakların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,8% çoxdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur.
Marja xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 373 min 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8% çoxdur. 2023-cü ilin 9 ayı üzrə göstəricinin 58 min 314-ü (15,6%) ilkin, 315 min 333-ü (84,4%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası
2023-cü ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40 min 205-i fərdi yaşayış və bağ evi, 72 min 566-sı mənzil, 252 min 405-i torpaq sahəsi, 2 min 374-ü qeyri-yaşayış binası, 5 min 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76 min 359-u Bakının, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-sentyabr ayları ərzində 300 min 179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7% çoxdur. 2023-cü ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6% artaraq 61 min 393 təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
8 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
10 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
13 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
15 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 34 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir



























