SAB yeni avadanlıqlara yatırım edib - Plan “SAB”ı bir dünya brendinə çevrməkdir
"Şirkətin bütün istehsalat proseslərində istifadə edilən avadanlıqların yeni, innovativ texnoloji avadanlıqlarla əvəz olunması başlıca əhəmiyyət kəsb edir. Yeni nəsil avadanlıqlar vasitəsilə daha gigiyenik və ekoloji-təmiz məhsullar istehsal olunur".“Müasir dünyamız çox sürətli bir dəyişiklik və transformasiya içərisindədir. Son illərdəki inkişaf sürəti, iqtisadi və texnoloji baxımdan əldə edilən məqam bizim təsəvvür etdiyimizdən çox-çox irəlidədir. İndi gələcəyə dair proqnozlar verərkən bir neçə deyil, çox istiqamətli proqnozları birlikdə qiymətləndirməli, fəaliyyətlərimizi planlaşdırarkən davamlılığa olan töhfəsini, eləcə də təmin ediləcək iqtisadi faydanı nəzərə almalıyıq".
Bunu Marja.az-a "Zəhmət-Ruzi" MMC-nin Baş icraçı direktorunun müavini Naib Abayev bildirib.
O əlavə edib ki, yarandığı gündən istehlakçılara dad və yenilik mənbəyi olan məhsulları təqdim edən “SAB” (Zəhmət-Ruzi MMC), milyonlarla insan üçün nəsillər boyu əvəzolunmaz brendə çevrilmişdir:
"Ələlxüsusda, vurğulamalıyam ki, “SAB” tarixində son bir ildə görülən işlər və aparılan iqtisadi islahatlar, o cümlədən əldə edilən böyük naliyyətlər hər kəsə məlumdur. Xüsusilə də, şirkətin bütün istehsalat proseslərində istifadə edilən avadanlıqların yeni, innovativ texnoloji avadanlıqlarla əvəz olunması başlıca əhəmiyyət kəsb edir. Məhz, yeni və düzgün idarəetmə nəticəsində “SAB”, qısa zaman ərzində böyük uğurlara imza atmış, yeni məhsullar, xidmətlər sərgiləmişdir.
Biz davamlı və gəlirli artım məqsədi ilə doğru zamanda düzgün qərarlar qəbul etməyə diqqət yetirir və bu strategiya ilə irəliləyirik. Ölkəmizdə, Qafqazda, habelə dünya iqtisadiyyatındakı canlanma siqnallarının dəstəyi ilə fəaliyyət göstərdiyimiz sektorlarda iddialı və güclü mövqeyimizi hər zaman qoruyub saxladıq və bu yolda uğurla davam edirik. Müştərilərimizin və istehlakçılarımızın gözləntilərini və ehtiyaclarını dəqiq təhlil edərək, yeni məhsul və xidmətlərin hazırlanmasına, o cümlədən yeni nəsil avadanlıqlar vasitəsilə daha gigiyenik, ekoloji-təmiz məhsulların istehsalına diqqət yetirdik. Texnologiya və rəqəmsallaşmanı biznes proseslərimizə inteqrasiya edərək sektorun qabaqcıllarından biri olmağı bacardıq".
Naib Abayev bildiririb ki, “SAB” öz sektorunda ətraf mühitə uyğun, istehlakçıları və əməkdaşları üçün dəyər yaradan, qabaqcıl texnologiya sistemləri və peşəkar kollektivə sahib ən uğurlu şirkətdir:
"Şirkətimiz cəmiyyətin, habelə alıcıların sağlam keyfiyyətə asanlıqla çata bilmə missiyasını öz üzərinə götürmüşdür. Xalqımızın, gənclərimizin gələcəyini düşünən “SAB” təbii, halal və geni modifikasiya olunmamış, təhlükəsiz xammaldan istifadə etməklə gələcək nəsillərin sağlamlığını sığortalayır. “SAB” sektorda qabaqcıl, keyfiyyətdə və texnologiyada lider, ətraf mühitə diqqətli, hər daim yenilikçi olmaq məqsədilə yeni hədəflərə addımlayır".
"Zəhmət-Ruzi" MMC-nin Baş icraçı direktorunun müavini son olaraq bildirib: "Müştəriyönümlü strategiyamıza əsasən müştərilərdən gələn rəyləri dəqiq təhlil edərək, dəyişən istehlak vərdişlərinə uyğun olaraq məhsul və xidmətləri inkişaf etdirməyə davam edirik. Şübhəsiz ki, biz hələ bu uğurlu yolun başlanğıcındayıq və gələcək planlarımızda “SAB” bir dünya brendinə çevriləcəkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat sonra
-
-
13 d. əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 21 d. əvvəl
-
22 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
24 d. əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 26 d. əvvəl
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib


















