“AFB Bank” 9 ayı 6,3 milyon manat xalis mənfəətlə - BAŞA VURUB
Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2023-ci ilin III rübünü 6 milyon 293 min manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, cari ilin ilk 9 ayında xalis faiz gəlirləri üzrə 11,4 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 5,3 milyon gəlir əldə edilib.
“AFB Bank”ın ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə stabil qalsa da, depozit portfeli 18% artmışdır.
Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfədən çox (keçən il 2 milyondan bu il 14,2 milyona) artmışdır.
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 11%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 4% təşkil etmişdir.
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 40% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, AFB bankda 36% olmuşdur.
Qeyd edilib ki, bankın məcmu kapitalı 76 milyon 922 min manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
33 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 50 d. əvvəl
-
55 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı



















