Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 22 mini keçib
Aktiv kommersiya qurumlarının sayı 13,4 faiz artıb
2023-cü ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.489.737 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Marja.az-ın Dövlət vergi Xidmətinə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7 faiz, hüquqi şəxslərin sayı isə 9,2 faiz artıb.
2023-cü ilin oktyabr ayının 1-nə kommersiya qurumlarının sayı 172.410 vahid təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,8 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,4 faiz artım qeydə alınıb.
2023-cü ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33.793 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artım deməkdir.
2023-cü ilin 9 ayında 11.868 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,2 faizi yerli investisiyalı, 12,8 faizi isə xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,2 faizi elektron qaydada qeydiyyata alınmışdır. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2023-cü ilin 9 ayında 1.651 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
2023-cü ilin 9 ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 22,5 faiz artıb.
2023-cü ilin oktyabr ayının 1-nə 22.004 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
7 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
8 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
9 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 9 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
