Stellantis və Samsung SDI 3,2 milyard dollara 2-ci akkumulyator zavodunu tikirlər
Stellantis və Samsung SDI, ABŞ-ın İndiana ştatında elektrikli avtomobil akkumulyatorları zavoduna 3,2 milyard dollar sərmayə yatıracaqlarını açıqlayıblar. Bu sərmayə ilə qurulacaq zavod Stellantis-in dünya üzrə altıncı, ABŞ-da isə ikinci batareya zavodu olacaq. Bu ikinci zavodun 2027-ci ilin əvvəlində istehsala başlaması gözlənilir.Hollandiyada yerləşən avtomobil şirkəti Stellantis, əsas tərəfdaşı Cənubi Koreyanın Samsung SDI şirkəti ilə birlikdə ABŞ-ın İndiana ştatında elektrikli avtomobil akkumulyatoru istehsalı müəssisəsi üçün 3,2 milyard dollarlıq investisiyaya hazırlaşır.
Marja.az-ın məlumatına görə, bu investisiya Stellantis-in dünya miqyasında altıncı, ABŞ-da isə ikinci elektrik avtomobil akkumulyatoru zavodu olacaq.
Stellantis və Samsung SDI iyul ayında ikinci akkumulyator zavodunu açmağı planlaşdırdıqlarını açıqlamışdılar, lakin investisiyanın həcmi barədə məlumat verməmişdilər.
Bu ikinci elektrik avtomobil akkumulyatoru istehsal edən zavodun 2027-ci ilin əvvəlində istehsala başlaması gözlənilir.
StarPlus Energy adlı birgə müəssisə altında iki şirkət artıq ABŞ-da ilk zavodun tikintisinə başlayıblar. Stellantis elan edib ki, hazırda tikilməkdə olan ilk "StarPlus Energy gigafactory" 2025-ci ilin birinci rübündə 33 giqavat-saat illik istehsal gücü ilə istifadəyə veriləcək. İki akkumulyator zavodunun ümumi investisiya həcminin 6,3 milyard dollara çatacağı gözlənilir. Hər iki akkumulyator zavodunun cəmi 2800 yeni iş yeri təmin edəcəyi açıqlanıb.
Samsung SDI Cənubi Koreyada yerləşən batareya və elektron materiallar istehsalçısıdır.
Stellantis şirkəti 16 brendin (Abarth, Alfa Romeo, Chrysler, Citroën, Dodge, DS, Fiat, Fiat Professional, Jeep, Lancia, Maserati, Mopar, Opel, Peugeot, Ram, and Vauxhall) sahibidir.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 1 d. əvvəl
- 3 d. əvvəl
-
13 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
25 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA rəqəmsal imza Birbank-da!
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb


















.jpg)

