Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Öncəki sessiyada gözlənilməz, lakin qısa bir yüksəlişdən sonra, Yaponiya hökuməti və mərkəzi bankın milli valyutanı dəstəkləmək üçün müdaxilə edə biləcəyi ilə bağlı ehtimalların güclənməsi fonunda cümə axşamı günü USDJPY cütlüyü 150 bənd səviyyəsinin altında ticarət olunmağa davam edir.
Keçən il Yaponiya höküməti 1998-ci ildən bəri ilk dəfə yenanı dəstəkləmək üçün müdaxilə etdiyini bildirmişdir. Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki çərşənbə günü qeyd edib ki, rəsmilər "heç bir üsülü istisna etmədən" yenanın həddindən artıq ucuzlaşmasına qarşı müvafiq addımlar atacaqlar.
Dolların altı əsas valyutadan ibarət səbətə nisbətən indeksi bir gün əvvəl təxminən 11 ayın ən yüksək səviyyəsinə - 107.34 bənd səviyyəsinə yüksəldikdən sonra, Bakı vaxtı ilə saat 16:30-a 0.38% ucuzlaşaraq 106.66 bənd səviyyəsinə qədər eniş etdi.
ABŞ-dan neft ehtiyatları ilə bağlı məlumatların dərcindən sonra, “Brent” markalı neftin qiyməti 31 avqust tarixindən bugünə ilk dəfədir 87$ həddinin altına düşdü.
Bugün ABŞ, Almaniya və Kanadanan açıqlanacaq xarici ticarət balansına dair məlumatlar və ABŞ-dan İşsizlik Müavinatı üzrə Ərizələrin Sayı investorların diqqət mərkəzində olan əsas hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
33 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
35 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 42 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
2 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
























