“EY İlin İş Adamı 2023-2024” müsabiqəsinə start verildi
(®) EY şirkətinin təşkil etdiyi nüfuzlu “İlin İş Adamı” müsabiqəsi ölkəmizdə artıq beşinci dəfə keçirilir.
Müsabiqənin startı barəsində EY (keçmişdə Ernst & Young) şirkətində “İlin İş Adamı” proqramının rəhbəri Nərmin Quliyeva məlumat yayıb.
EY şirkəti Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərini “İlin İş Adamı” 2023-2024 müsabiqəsində iştirak etməyə dəvət edir.
Bu nüfuzlu və unikal proqram innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda fəaliyyət göstərən və cəmiyyətə müsbət təsir göstərən uğurlu namizədliklərini (ərizələrini) qəbul edir.
Ərizələrin qəbulu 31 dekabr 2023 tarixənədək davam edəcək.
Kimlər iştirak edə bilər?
- Namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir.
- Namizəd şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və rəhbər vəzifə tutmalıdır.
- Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.
- Namizəd son 2 il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir.
Namizədliyi necə irəli sürmək olar?
Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.azsaytına daxil olun.
Proqramın cədvəli
Namizədlik üçün ərizələr 29 dekabr 2023-ci il tarixinədək təqdim edilməlidir.
Namizədlər 2024-cü ilin fevral ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
“EY İlin İş Adamı” proqramının milli mərhələsinin finalçıları və yekun qalib fevral ayında keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.
Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək.
Münsiflər heyəti
Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi vəyaradıcılığı, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.
“EY İlin İş Adamı” proqramı haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)








.jpg)








