Azərbaycan bankı şəriətə uyğun maliyyələşdirmə üçün 10 milyon dollar cəlb etdi - MÜQAVİLƏ İMZLANIB
Rabitəbank və İTFC arasında 10 milyon dollar məbləğində “Letter of Credit Confirmation Facility” müqaviləsi imzalanıbRabitəbank ilə İslam İnkişaf Bankı (İİB) Qrupu üzvü Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC) arasında özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə vermək üçün 10 milyon ABŞ dolları məbləğində “Letter of Credit Confirmation Facility” (Akkreditiv) müqaviləsi imzalanıb.
Bu müqavilə Rabitəbanka Azərbaycanda özəl sektor, xüsusilə də KOB-lar üçün ticarətin maliyyələşdirilməsi işini genişləndirməyə kömək etmək üçün nəzərdə tutulub.
Bu müqavilə Rabitəbank-ın İdarə Heyətinin sədri Aydın Hüseynov və İTFC-nin baş direktoru Hani Salem Sonbol arasında imzalanıb.
Rabitəbankın yaydığı məlumatda bildirilir ki, qeyd olunan vəsait Banka ticarətin maliyyələşdirilməsi üzrə həllər təklif etməyə və Azərbaycanda İslam maliyyəsinin inkişafına töhfə verməyə imkan verəcək.
"Bu müqavilə İTFC tərəfindən Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına kredit xətti açılması haqqında ilk saziş hesab olunur və üzv ölkələrdə özəl sektor və kiçik və orta sahibkarlığa dəstək verilməsi üçün banklarla əməkdaşlığın genişləndirilməsini, eləcə də kredit xətti açılması biznesinin genişləndirilməsini prioritet hesab edən İTFC-nin Özəl Sektor Strategiyası ilə uyğunluq təşkil edir",- məlumatda bildirilir.
İTFC-nin baş direktoru Hani Salem Sonbol müqavilənin imzalanması ilə aşağıdakıları bildirib: “Rabitəbank ilə bu yeni tərəfdaşlıq Azərbaycanda bank fəaliyyətlərimizi yenidən aktivləşdirmək və özəl sektorun böyüməsi və inkişafına olan sadiqliyimizin xüsusi əhəmiyyətini bir daha nəzərə çatdırmaq məqsədi daşıyır. İTFC, İƏT-ə üzv ölkələrdə şəriətə uyğun ticarət maliyyələşdirməsinin təşviqində qabaqcıl olaraq qalır və biz bu müqaviləni Azərbaycanda İslam maliyyə təkliflərinin inkişafına açıq dəstək hesab edirik”.
Rabitəbank ASC-nin İdarə Heyətinin Sədri Aydın Hüseynov isə öz növbəsində qeyd edib: "Öncəliklə, uzun illərdən sonra bağladığımız bu müqavilə ilə İTFC-nin Rabitəbank ilə Azərbaycan maliyyə-kredit bazarına daxil olması bizim üçün çox sevindirici və ölkəmiz üçün önəmlidir. Bu müqavilə özəl sektorun, xüsusən də KOB müştərilərinin ticarət maliyyələşdirmə ehtiyaclarını ödəmək və Azərbaycanda şəriətə uyğun ticarətin maliyyələşdirilməsi həllərinin təşviqinə töhfə verməsi cəhətdən çox vacibdir.”
2009-cu ildən bəri İTFC Azərbaycanda müxtəlif özəl sektor müştərilərinə 83,4 milyon ABŞ dolları məbləğində yardım göstərmişdir. İTFC Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və yerli kommersiya banklarını lazımi maliyyələşdirmə ilə təmin etməklə ölkənin ticarətinin inkişafına sərmayə qoyur.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
25 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 34 d. əvvəl
- 38 d. əvvəl
-
44 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 2 saat əvvəl
-
2 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır























