Azərbaycanda ilk dəfə superintensiv texnologiya əsasında fındıq bağları salınır
Azərbaycanda ilk dəfə yeni superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına başlanılıb.
Bağların salınması prosesində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Xorvatiya, Ukrayna, Böyük Britaniyadan olan həmkarları ilə birgə fəaliyyət göstərir.
İnstitutun direktoru İlham Qaraqurbanlının sözlərinə görə, fındıq bitkisinin superintensiv texnologiya əsasında becərilməsi tinglərin sıxlaşdırılmış əkini hesabına torpaqdan daha səmərəli istifadə deməkdir.
“Bu texnologiya üzrə fındıq bağlarının salınmasında əsasən 3x0,6m və 3x0,7m əkin sxemlərindən istifadə olunur. Qeyd olunan əkin sxemləri bir hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır”, - deyə İ.Qaraqurbanlı bildirib.
Bu məqsədlə ölkəmizdə ilk dəfə müasir fındıq tingliyi yaradılıb. Ölkəyə yeni fındıq sortları gətirilib. Yeni üsulla salınan fındıq bağlarında quruma faizi demək olar ki, sıfra endirilib.
Quba və Zaqatalada keçirilən “Fındıq bitkisinin becərilməsində müasir yanaşmalar” elmi-praktiki seminarlarda fermerlərə superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına dair geniş məlumat verilib.
Qeyd edək ki, respublikamızda fındıq bağlarının ümumi sahəsi 2015-ci ilə nisbətən 47,7 min hektar artaraq 2021-ci ildə 80,4 min hektar təşkil edib.
Ümumi məhsul istehsalı 67,6 min ton olmaqla, hər hektara görə məhsuldarlıq 1,9 sentner artaraq 13,7 sentnerə çatıb. Lakin respublikanın ayrı-ayrı bölgələrinin fındıqçılıq üzrə ixtisaslaşdırılmış təsərrüfatlarında müxtəlif kompleks aqrotexniki qulluq tədbirləri tətbiq etməklə 17-28 s/ha və daha çox məhsul əldə edilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda fındıq bağlarının gübrələnməsi və cavanlaşdırılması üzrə aparılmış təcrübələrin nəticələri göstərir ki, bu texnologiya hesabına məhsuldarlıq kəskin surətdə artır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















