Code Academy-də neft işçilərinin övladları üçün #GələcəkdəSƏN layihəsi başladı!
(®) Türkiyədə təhsil alan Azərbaycanlı və Türkiyəli gənclər bir araya gələrək yeni bir layihəyə imza atıblar.
Belə ki, Türkiyənin ən prestijli və köklü tədris müəssisələrindən olan Robert College-də təhsil alan azərbaycanlı parlaq gənc, yerli və beynəlxalq olimpiadaların qalibi Şəms Müslümovun ideya müəllifi olduğu layihə ilə məktəblilərin gələcək təhsil və karyera yoluna töhfə verilməsi hədəflənir.
Layihənin təşkilat komitəsində yer alan Bora Ramazanbeyoğlu Robert College, Eltaj Pənahlı Koç Universiteti, Emin Aslanov Sainte Pulchérie Fransız Litseyi, Göktürk İşcan isə Hacettepe Universiteti tələbələri olaraq Türkiyənin ən qabaqcıl məktəblərindən gəlirlər. Təşkilati komanda, “Məqsədimiz yalnız riyaziyyat və İT-nin sonsuz dünyasına baxış təqdim etmək deyil, həm də dünyaya və öz cəmiyyətlərinə möhtəşəm müsbət təsir edəcək, şüurlu, bilikli və özünə inanan parlaq şəxslər yetişdirməkdir,”- deyir.
Bu məqsədlə hazırladıqları sosial layihə təklifi ilə ölkəmizin innovativ və aparıcı tədris müəssisəsi Code Academy ilə görüşən gənclər, Akademiyanın iştirakı və təşkilati dəstəyilə neft sektorunda çalışan ailələrin övladları üçün iki həftəlik bootcamp (tam zamanlı düşərgə) modeli əsasında IT və riyaziyyat sahələrini tədris edəcək və daha sonra onların gələcək karyera yoluna işıq tutacaq mentorluq fəaliyyətini həyata keçirəcəklər.
“GələcəkdəSƏN” adı altında icra olunan layihənin əsas məqsədi qara qızılla dövrümüzün ağ qızılını yəni, bilik və bacarıqları ilə seçilən yeni nəsli - insan kapitalını birləşdirməkdir. Ənənəvi metodlarla hasilatı aparılan neft sənayəsində gələcəkdə yeni yüksək texnologiyaların tətbiqi qaçılmazdır. Məhz buna görə də, İT və riyazi biliklərə yiyələnmiş gələcək peşəkarların yetişdirilməsi bu layihənin əsas məqsədlər içərisindədir.
Pilot olaraq keçirilən layihənin ilk ilində Balaxanı-Suraxanı-Ramanı neft yataqlarında çalışan şəxslərin övladları - 16 nəfər məktəbli seçilərək layihədə iştirak hüququ qazanıblar. Bu sahədə çalışan şəxslərin peşə və idaraetmə bacarıqlarının inkişafı üçün təlimlər təşkil edən Hermes Academy isə həm layihəyə maliyə dəstəyi göstərmiş, həm də layihə iştirakçılarının seçilməsində və onların cəlb olunmasını təşkil etmişdir.
Layihə çərçivəsində məntiq və riyaziyyat üzrə test imtahanından ən yüksək nəticə göstərərək seçilmiş şagirdlər 16-30 avqust tarixlərində Code Academy tədris müəssisəsində keçiriləcək təlimlərdə iştirak edəcək və layihə sonrası layihə komandası və sahənin ekspertləri tərəfindən mentorluq dəstəyindən faydalanacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
5 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
5 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
5 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)






.jpg)










