Əmanətlərin Sığortalanması Fondu öhdəliyinə 98 faiz əməl etdi
29 dekabr 2016-cı il tarixinədək Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 721 milyon 667 min manatdan artıq kompensasiya ödənilmişdir.
Fondun yaydığı məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 937 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 461 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 022 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 126 miyon 190 min manatdan artıq kompensasiya ödənilmişdir.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 270 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 244 min manatdan artıq kompensasiya ödənilmişdir.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 276 min manatdan artıq kompensasiya ödənilmişdir.
QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 433 milyon 957 min manatdan artıq kompensasiya ödənilmişdir.
Belə ki, ümumi kompensasiya öhdəliyinin 98%-i əmanətçilərə ödənilmişdir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 8 d. əvvəl
-
- 16 d. əvvəl
- 46 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
12 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub















.jpg)



