Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Ötən həftənin cümə axşamı ABŞ-da İstehlak Qiymətləri İndeksi proqnozların altında açıqlansa da, cümə günü dərc olunan istehsal qiymətlərində inflyasiya səviyyəsinin ehtimal ediləndən çox olduğu diqqət çəkdi. Bu dilemma qarşısında dollar indeksi (DXY) həftəni 103 bənd səviyyəsinin üzərində tamamladı.
İstehlak qiymətlərində inflyasiyanın yavaşlamağa davam etdiyini göstərən məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəsmilərinin növbəti faiz artımı ilə bağlı mövqelərini yenidən nəzərdən keçirə biləcəkləri ehtimallarını artırır. Lakin istehsal qiymətlərində inflyasiyanın artması isə investorlar arasında fikir ayrılığına səbəb olub.
Bu həftə çərşənbə axşamı günü Amerikada dərc olunacaq FOMC-un son toplantısının protokolları bu mövzuda bir sıra suallara aydınlıq gətirə bilər.
İnvestorlar həmçinin tikinti üzrə icazələrin və yeni tikilən mənzillərin sayı, eləcə də cari ev satışları ilə bağlı göstəricilərlə mənzil sektorunun vəziyyəti haqqında məlumatlandırılacaqlar. Yüksək ipoteka faizləri mövcud ev satışlarını təzyiq altında saxlasa da, sabit qiymətlər və bazarda mənzil çatışmazlığı səbəbindən yeni ev satışlarının artması tikinti sektorunda yaxşılaşmaya siqnal ola bilər.
Bundan əlavə, cari həftə ərzində qismən toparlanması gözlənilən regional istehsal fəaliyyətləri (Filadelfiya FED-dən) ilə bağlı hesabatlar, həmçinin işsizlik müavinatı üçün müraciətlərin sayı ilə bağlı həftəlik məlumatlar da açıqlanacaq.
Ötən həftəni 103 bənd səviyyəsinin üzərində başa vuran DXY-da “Buğalar” qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR.
Ötən həftəni 1.0940 həddlərində tamamlayan EURUSD məzənnəsində “ayılar” qiymətləri 1.09$ səviyyəsinin altına sala və orada saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Avrozonada açıqlanacaq inflyasiya və ÜDM-in həcminə dair göstəricilər avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Dollar qarşısında kəskin dəyər itirən və ötən həftə 1.2670 hədlərində başa vuran GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi və əmək bazarına dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar.
Cari ticarət həftəsi ərzində həmçinin Yaponiyada ÜDM-in həcmi, Kanadada İstehlak Qiymətləri İndeksi, İsveçrədə İstehsalatda inflyasiyanın səviyyəsi, Yeni Zelandiya Mərkəzi Bankının faiz qərarı, Almaniyada ZEW İqtisadi aktivlik indeksi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
7 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
21 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
23 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
