“Qədim bağ” restoranına ciddi cəza verilə bilər - DÖVLƏT XİDMƏTİ MƏLUMAT YAYDI
Vətəndaşlar şikayət etdi, Vergi yoxladı. “Qədim bağ” restoranının başı dərddə. Əmək müqaviləsi olmadan xidmətlərin yerinə yetirilməsi faktları aşkar edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması hallarının aşkarlanması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Marja.az Xidmətə istinadən xəbər verir ki, DVX tərəfindən Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi, 306 ünvanında yerləşən “Qədim bağ” restoranında istirahət mərkəzinin fəaliyyəti barədə vətəndaşlardan daxil olmuş şikayət əsasında operativ vergi nəzarəti tədbirləri keçirilib.
Nəzarət tədbiri zamanı obyektdə nəzarət-kassa aparatının (NKA) və Pos-teminalın quraşdırılmadığı, 6 nəfərin əmək müqaviləsi olmadan xidmətlərin yerinə yetirilməsinə cəlb olunması faktları aşkar edilib.
Xidmətin məlumatındaqeyd edili ki, DVX bir sıra obyektlərdə, o cümlədən ictimai iaşə obyektlərində elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı genişmiqyaslı işlər aparır. Yeni nəsil nəzarət-kassa aparatları nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində DVX-nin informasiya sistemləri bazasına ötürülməsi təmin edilir. Yeni nəsil NKA ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir və köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərdən biri də tətbiq olunan yeni çek formalarının üzərində məhsulun (xidmətin) adı, sayı və qiymətinin ayrı-ayrılıqda qeyd olunması və bununla da istehlakçıların hüquqlarıın müdafiəsi ilə bağlı geniş imkanların yaradılması ilə bağlıdır.
"Bir daha qeyd edirik ki, sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinn vəzifələrinə aid edilir. Həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, əmək müqavilələrinin bağlanmasının təmin edilməsi, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı NKA-dan istifadə də vergi ödəyicisinin vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
