İran sanksiyalara baxmayaraq, Çinə neft satışını artırıb
ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmasından sonra bərpa edilən sanksiyalara baxmayaraq, İran Çinə neft tədarükünü artırıb.
Marja xəbər verir ki, bu barədə İranın Fars agentliyi Kpler analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 2017 və 2018-ci illərdə İranın Çinə neft ixracı orta hesabla gündəlik 692 min barel və 746 min barel (bpd) təşkil edib. ABŞ JCPOA-dan çıxdıqdan sonra Çinə neft tədarükü 2019-cu ildə orta hesabla gündəlik 466 min barelə, 2020-ci ildə isə 324 min barelə qədər azalıb. Bununla belə, növbəti iki il ərzində İranın Çinə neft ixracı sanksiyalara baxmayaraq artıb. Belə ki, İran 2021-ci ildə orta hesabla 585 min barel, 2022-ci ildə 766 min barel satıb. 2023-cü ilin ilk üç ayında Çinə neft tədarükü JCPOA zamanı əldə edilənləri üstələyib: İran orta hesabla gündəlik 957 min barel neft tədarük edib. Bundan əlavə, 2022-ci ilin noyabrında İran Çinə gündəlik 1,3 milyon barel neft sataraq, Çinə ixracat rekordunu qırıb.
İyunun 20-də Çinin Baş Gömrük İdarəsi bildirib ki, Rusiya bu ölkəyə neft ixracına görə liderliyini davam etdirir. Səudiyyə Ərəbistanı ikinci, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Oman üçüncü yerdədir. Çinə neft tədarükçüsü kimi görünən 40-a yaxın ölkə arasında İran yoxdur.
JCPOA 2015-ci ildə İranın nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının Daimi 5 üzvü və Almaniya tərəfindən imzalanıb. Sənəd Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq öhdəliyi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 57 d. əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























