İpoteka üçün sığorta sənədlərini SİMA ilə imzala – “Atəşgah Sığorta” ilə yeni əməkdaşlıq
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza sığorta sahəsində tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
SİMA rəqəmsal imza artıq “Atəşgah Sığorta” ASC ilə inteqrasiya prosesini yekunlaşdırıb.
İndi ipoteka krediti ilə bağlı müraciət edən şəxslərin əmlakını və həyatını sığortalamaq üçün bank tərəfindən “Atəşgah Sığorta”ya müraciət olunan zaman şirkət vətəndaşa SMS vasitəsilə link göndərəcək. Müştəri həmin linkə daxil olaraq SİMA yeni nəsil rəqəmsal imza ilə sənədləri anında imzalayacaq.
Müqaviləni elektron qaydada imzalamaq üçün SİMA tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçmək mütləqdir.
Məlumat üçün bildirək ki, SİMA ilə inteqrasiyadan əvvəl vətəndaşlar bu prosesləri kağız daşıyıcılarda əllə doldurmaqla həyata keçirirdilər. İndi isə “Atəşgah Sığorta” SİMA yeni nəsil rəqəmsal imza ilə bu xidməti elektronlaşdırıb. Artıq sənədin SİMA vasitəsilə imzalanması vətəndaşların vaxtına, tərəfdaşların isə xərclərinə qənaət etmələrinə xidmət edəcək.
SİMA ilə “Atəşgah Sığorta” ASC-nin digər xidmətlər üzrə inteqrasiya prosesi davam etdirilir. Növbəti mərhələdə digər sığorta müraciətlərinin də SİMA ilə həyata keçirilməsi nəzərdə tutulur.
SİMA yeni nəsil rəqəmsal imza ilə maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)







.jpg)


