Analitik: Rubl yenidən ucuzlaşacaq
Artıq bu həftənin sonunda rublun son bir neçə gündür davam edən bahalaşması başa çata bilər.
Marja.az xəbər verir ki, bunu "Sovcombank"ın baş analitiki Mixail Vasilyev bildirib.
"Mən inanıram ki, rublun hazırkı möhkəmlənməsi bu həftənin sonunda başa çatacaq", - analitik deyib.
Adətən Rusiya valyutası neftin qiymətinin qalxması fonunda möhkəmlənir - Brent markalı neftin qiyməti bir barel üçün 80 dollardan, Rusiya Ural neftinin qiyməti isə 60 dollardan yuxarıdır. Neft qiymətləri qlobal maliyyə bazarlarında nikbinlik, FED-in əsas faiz artımı dövrünün başa çatacağına dair gözləntilər, Çində iqtisadi artımı stimullaşdırmaq üçün yeni tədbirlər barədə açıqlamalar, Rusiya və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC+ ittifaqı tərəfindən hasilatın azaldılması ilə dəstəklənir.
Xammalın yüksək qiymətləri Rusiyanın ixracatçı şirkətlərinin valyuta gəlirlərini artırmasına səbəb olur. Bazara daha çox xarici valyuta gəlir ki, bu da rubl üçün müsbətdir.
Vergi faktoru da eyni dərəcədə vacibdir. Həftənin sonuna qədər ixracatçılar büdcə ilə hesablaşmalar üçün valyuta satışını davam etdirəcəklər. Onlar iyulun 28-dək faydalı qazıntıların hasilatı vergisi, ƏDV, fiziki şəxslərin gəlir vergisi və digər vergiləri ödəməlidirlər.
"Rubl bir dollar üçün 88-90, avro üçün 97-99 və yuana 12,3-12,5-ə kimi möhkəmlənə bilər. Lakin cümə günü vergi dövrü başa çatacaq və rubl avqustun son həftəsinə qədər bu dəstək amilini itirəcək", - Vasilyev deyir.
Gələn həftədən ixracatçılardan xarici valyuta təklifi azala bilər, valyutaya tələb isə yüksək olaraq qalır. Nəticədə 1 dollar 90 rubla, avro 100 rubla, yuan 12,6 rubla və daha yüksək səviyyələrə qayıda bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
37 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 39 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
















.jpg)




