Daha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIB
"Azər Türk Bank" ASC (ATB) 2023-cü ilin 1-ci yarısını (yanavr-iyun) 7 milyon 152 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 812 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bu ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə "Azər Türk Bank"ın xalis mənfəəti 8,8 dəfə artıb.
Marja.az xəbər verir ki, "Azər Türk Bank"ın faiz gəlirləri 2023-cü ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 29 milyon 162 min manat, qeyri-faiz gəlirləri isə 60,8% artaraq 14 milyon 424 min manat təşkil edib.
2023-cü ilin ilk 6 ayında "Azər Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 43 milyon 586 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 33 milyon 55 min manat, əməliyyat mənfəəti 10 milyon 531 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 778 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlar ayırıb, 1 milyon 600 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk 6 ayında "Azər Türk Bank"ın cəmi əməliyyat gəlirləri 23 milyon 219 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 231 min manat, əməliyyat mənfəəti 988 min manat, ehtiyatlara ayırma 177 min manat təşkil etmişdi.
BANK KƏSKİN BÖYÜYÜB
"Azər Türk Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə cari ilin ilk 6 ayı ərzində 250 milyon 890 min manat və ya 41,9% artaraq 30 iyun 2023-cü il tarixində 849 milyon 859 manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 120 milyon 94 min manat və ya 41,9% artaraq 406 milyon 834 manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 87,1% və ya 96 milyon 809 min manat artaraq 207 milyon 927 min manata, ipoteka kreditləri portfeli 22% və ya 27 milyon 835 min manat artaraq 154 milyon 647 min manata yüksəlib, biznes kreditləri portfeli isə 9,3% və ya 4 milyon 550 min manat azalaraq 44 milyon 260 min manata düşüb.
Həmçinin 2022-ci ilin sonunda"Azər Türk Bank"ın cəmi aktivləri 965 milyon 157 min manata çatmışdı.
"Azər Türk Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 161 milyon 534 min manat və ya 72,6% artaraq 384 milyon 143 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 97 milyon 598 min manat artaraq 206 milyon 148 min manata, hüquqi şəxslərin depozitləri isə 63 milyon 935 min manat artaraq 177 milyon 994 min manata yüksəlib .
30 İyun 2023-cü il tarixində "Azər Türk Bank" ASC 71 milyon 440 min manat məcmu kapitala malik olub.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
2 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
2 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















