Gizli sobası olan mətbəx mebelləri Azərbaycanda
Gizli induksiya mexanizmli sobaları olan “Dexcook” mətbəx mebelləri artıq Bakıda da satılır.(®) Soba anlayışında inqilab etmiş Türkiyənin “Dexcook” markalı mətbəx mebeli artıq Azərbaycanda əlçatandır. Bakıda fəaliyyətə başlayan distribütor gizli sobası olan mebellər təklif edir.
Bu mebellərin gizli induksiya mexanizmli innovativ texnologiyası görənləri təəccübləndirir. Belə ki, “Dexcook” mətbəx mebellərində sobalar dəzgahlığın altında gizlədilmiş formada işləyir və gözə görünmür. Dəzgahın səthi eyni anda həm masa, həm soba kimi istifadə oluna bilir. Çünki, gizli induksiya mexanizmi dəzgahı deyil, birbaşa onun üzərindəki qazanı və ya tavanı qızdırır. Dəzgahın səthində isə yalnız qazanın qızmış altında qalan hissə onun əks etdirdiyi istilik qədər isinir. Üzərində yemək bişərkən və ya su qaynayarkən dəzgahın səthi əl yandırmır. Gizli induksiya sayəsində masanın bir tərəfində yemək bişirərkən digər tərəfində masa arxasında oturmaq, iş görmək, kompyuter, planşet kimi elektron əşyalardan rahatlıqla istifadə etmək mümkündür. Qazan müəyyən müddət sobanın üzərində qaldıqda heç bir müdaxilə olmadan soba özünü söndürmə mexanizminə keçir.
“Dexcook” sobaları mətbəxdə bir ada dəzgahı kimi, klassik mətbəx dəzgahı və masa kimi istifadə edilə bilər. Minimalist üslubda hazırlanmış soba üzərində termal zərbəyə, cızılmaya, qırılmaya davamlı təbii minerallardan, premium seramikdən hazırlanmış lövhə səth vardır. Smart idarə etmə paneli, soyuducu və şarj sistemi ilə təchiz olunmuş soba, həmçinin ağıllı telefon tədbiqi ilə də idarə oluna bilir.
“Dexcook” mebellərini Bakıda “Gante Mutfak” mebel mağazasında sərgilənməyə başlayıb. Texnoloji yenilik nümunəsini yaxından görmək, test etmək üçün Ağ Şəhərdə Xəqani Rüstəmov küçəsi 1025 ünvanında yerləşən mağazanı ziyarət edə bilərsiniz. Əlavə məlumat üçün +994 55 290 09 66 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 13 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 2 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"






















