“OBA” ilə DMA arasında memorandum imzalandı – Vətəndaşlara şad xəbər!
(®) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Marja xəbər verir ki, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadov və “OBA Market” MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova imzalayıb.
Razılaşmaya əsasən, iki qurum arasında qarşılıqlı maraq kəsb edən layihələr, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə veteranlarının məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.
Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən, hər kəsə əlçatan olan “OBA” marketlər şəbəkəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına xüsusi diqqət ayırır.
Əməkdaşlıq çərçivəsində ölkənin bütün bölgələrində xalqa xidmət göstərən “OBA” filiallarının üzərində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan və işsiz vətəndaşlara faydalı olan məlumatlar yerləşdirilib. Məlumatlar sırasında 175 istiqamət üzrə ödənişsiz peşə kursuna qatılmaq, peşəkar CV hazırlamaq, düzgün peşə seçiminə dəstək və sair məsələlər yer alıb.
“OBA” həmçinin “Qadının gücü” sosial layihəsi çərçivəsində qadınların karyera həyatını dəstəkləməyi hədəfləyir. Belə ki, şirkət hər il yeni iş yerləri açaraq yüzlərlə qadının işlə təmin olunmasında müstəsna rol oynayır. Bundan başqa, qadınlar üçün müxtəlif təlim və seminarların keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən il “OBA Market” MMC Məşğulluq Agentliyi tərəfindən “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə mükafata layiq görülüb.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 16 d. əvvəl
-
21 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 46 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
2 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
Ən çox oxunanlar
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib


















