İş adamından Qarabağda 50 milyon manatlıq layihə təklifi

İş adamı Bəhruz Məmmədov Qarabağ ərazisində ilkin mərhələsinin dəyəri 50 milyon manat olan layihələri həyata keçirməyi planlaşdırır. Layihə heyvandarlıq (qoyunçuluq), taxılçılıq (buğda və arpa), pambıqçılıq və bağçılıq təsərrüfatlarının qurulmasını nəzərdə tutur. Bu barədə məlumatları Marja.az-a layihə üzrə İcraçı direktor Malik Məmmədov təqdim edib.
Təqdim edilən məlumatlarda qeyd edilir ki, yaxın vaxtlarda Bəhruz Məmmədov tərəfindən “AZM Agro” MMC adlı şirkət təsis olunacaq. Şirkətin Qarabağda həyata keçirəcəyi “Yeni İntensiv Təsərrüfat Layihəsi” özünəməxsus innovativ yanaşması ilə bu sektorda böyük yeniliklərə imza atacaq.
Verilən məlumata görə, Şirkətin sahibi Bəhruz Məmmədov layihə üçün müvafiq müraciətləri artıq ünvanlayıb.
Məlumatda qeyd edilir ki, layihənin ilkin mərhələsinin dəyəri 50 milyon manat ətrafında qiymətləndirilir. Şirkətin əsas fəaliyyət zonası Ağcabədi, Bərdə, Beyləqan və Qarabağ regionu olmaqla, cari ildə ümumilikdə 10 min hektardan çox ərazini əhatə edəcəkdir. Növbəti il ərzində layihənin ərazisinin 15 min hektara geniləndirilməsi nəzərdə tutulur.
5 il ərzində layihənin ümumi dəyərinin 100 milyon dollardan artıq olacağı gözlənilir. Yalnız 3 il ərzində layihə üzrə sahələrə 50 milyon manatadək kapitalın cəlb olunması planlaşdırılır ki, bu məbləğ ildən-ilə daha da artacaqdır:
“Bu layihəni hazırlayaraq icra etməyi qərara almaqda məqsədimiz - dövlətimizin qeyri-neft sektorunun inkişaf etdirilməsinin onun əsas prioritetlərindən biri olduğunu rəhbər tutaraq, iqtisadiyyatda səmərəliliyin artırılması, ölkə ərazisində dayanıqlı və innovativ yeniliklərlə əhatə olunmuş müxtəlif kənd təsərrüfatı sahələrini inkişaf etdirməklə rəqabət qabiliyyətinin yüksəldilməsidir”.
10 MİLYON MANAT GÜZƏŞTLİ KREDİT ALINMASI PLANLAŞDIRILIR
Şirkət işlərin gedişatını daha da sürətləndirmək üçün cari ildə layihə üçün Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit cəlb etməyi planlaşdırır.
“AZM Agro” ilkin olaraq 50 nəfəri mövsümi, 20 nəfəri isə daimi işə götürməyi planlaşdırır. İşə götürülənlər kənd təsərrüfatı sektorunda bilik, bacarıq və təcrübəyə malik olan şəxslərdən seçiləcəkdir. Xüsusilə, bölgədə qurulacaq təsərrüfat sahələri üzrə xüsusi təlimli aqronomlar və baytarlar cəlb olunmaqla, uğurlu və səmərəli işin təşkili təmin olunacaqdır:“Biz bu sektorda dayanıqlı, innovativ, və intensiv Kənd Təsərrüfatı Layihəsi`ni ən sürətli şəkildə qurmağı hədəfləyirik”,- məlumatda deyilir.
3 MİN BAŞLIQ QOYUNÇULUQ FERMALARI
İcraçı direktorun təqdim etdiyi məlumata görə, müxtəlif cinslərə aid damazlıq qoyunçuluq fermaları yaradılacaq.
"Əsasən yerli, həmçinin xarici sortlardan istifadə olunmaqla müxtəlifcinsli damazlıq qoyunlar yetişdirilərək, ölkə ərazisində fəaliyyət göstərən digər qoyunçuluq təsərrüfatlarına töhvə verməklə, bu sahədə ciddi irəliləyişlərə nail olmağı planlaşdırırıq. Qoyunçuluq təsərrüfatında heyvan sayını 3 il ərazində 3 000 başa çatdırmağı hədəfləməklə, iribuynuzlu heyvanların isə bu müddətdə 150 baş olacağını proqnozlaşdırırıq. Fermalar iki fərqli bölgədə olmaqla, hər birinin 1000 hektardan çox fermaətrafı əraziləri olacaqdır. Burada vahid süd kombinat məntəqələri qurulacaqdır ki, bu da heyvanlardan yığılan südün müvafiq saxlanılmasına şərait yaradacaqdır. İki fərqli bölgədə olacaq olan bu fermalar Zəngilan rayonu ərazisində və Xocavənd rayonunda qurulması nəzərdə tutulur. Ümumilikdə, şirkət 3 il ərazində qoyunçuluq üzrə 5 milyon manata qədər vəsait xərcləməyi planlaşdırır. Bu da ölkə ərazisində bu sahə üzrə indiyədək atılmış olan ən böyük addımlardan biri olacağı fikrini təsdiqləməklə bərabər, ölkə ərazisində ət və süd məhsullarının artımına ciddi töhvə verməklə, bazarda bolluq yaradaraq, bu sahə üzrə olan inflyasiya faizini aşağıya salmağı hədəfləyir",- məlumatda deyilir.
5000 HEKTARDA BUĞDA VƏ ARPA ƏKİNİ PLANI
“AZM Agro” taxılçılıq sahəsi üzrə də öz fəaliyyətini ortaya qoyaraq cari ildə Qarabağ ərazisində, Dövlət Ehtiyat Fondundan icarəyə götürüləcək 5000 hektar ərazidə yüksək məhsuldarlığı olan, müxtəlif yerli və xarici ( Türkiyə, Rusiya və Avropa) mənşəli buğda və arpa sortları becərəcəkdir. Şirkət yalnız Qarabağ bölgəsində deyil, Aran rayonlarındakı müasir pivot suvarma sistemi ilə təchiz ediləcək olan 3000 hektara yaxın ərazidə 10 000 tona qədər buğda istehsal etməyi planlaşdırır: "Bütün bunlar ölkədəki taxıl ehtiyatlarına ciddi şəkildə töhvə vermək fonunda atılan intensiv addımlardır. “AZM Agro” sadəcə bu il buğda və arpa istehsalı üçün 6 milyon manatdan artıq kapitalı cəlb etməyi planlaşdırır".
SUPERİNTENSİV ÜZÜM BAĞI
“AZM Agro” MMC intensiv bağçılıq üzrə də böyük uğurlara nail olmağı hədəfləyir. Təqdim edilən məlumatlara görə, təsis ediləcək şirkət növbəti ilin mart-aprel aylarına qədər 50 ha superintensiv üzüm bağı salmağa hazırlaşır. Bağlar həm texniki, həm süfrəlik sortlardan ibarət olacaqdır. Şirkət üzüm bağlarının salınması prosesini davam etdirərək 2024-cü ildə 100 ha üzüm bağı, 2025-ci ildə isə əlavə 200 ha üzüm və 100 ha fındıq bağlarının salınmasını planlaşdırır. 500 ha intensiv bağçılıq üçün şirkətin planlaşdırdığı investisiyanın dəyəri 40 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu bağlar tam fərqli və müasir üslubda, süfrəlik üzümlüklər üçün müasir suvarma sistemlərinin təchizatı ilə, müxtəlif xarici və sertifikatlı sortlardan istifadə edərək salınacaqdır. Bununla da şirkət regionda bağçılıq nöqteyi-nəzərdən bir sıra yeniliklərə sahiblik etməyi planlaşdırır. 2026-ci ilə kimi 500 hektardan çox intensiv bağların salınmasını hədəfləyən şirkət bu prosesin yalnız Qarabağ regionunda deyil, respublikanın digər ərazilərində də davam edilməsini hədəfləyir. Bağların suvarılmasınl təmin etmək məqsədilə şirkət ərazidə 5 ədəd, hər birinin tutumu 10.000 m3 olan hovuzlar inşa etməyi nəzərdə tutur.
2 MİN HEKTARDA 10 MİN TON PAMBIQ İSTEHSALI PLANI
Digər sahələrdə olduğu kimi, pambıqçılıqda da böyük irəliləyişlərə nail olmaq üçün şirkət cari ildə 2 000 ha ərazidə pambıq istehsalını planlaşdırır ki, buradan bir mövsüm ərzində 10 000 tondan artıq pambıq istehsal ediləcəyini güman edilir. Pambıqçılıq ən uyğun ərazilərdə, Aran regionunda becəriləcəkdir. Növbəti ildən şirkət 5 000 hektardan çox pambıq əkini həyata keçirməyi nəzərdə tutur.
“Təsərrüfatın bütün sahələri üzrə keyfiyyətli xidməti və inkişafı təmin etmək məqsədilə şirkətimiz tərəfindən Avropa və dünya standartlarına cavab verən qabaqcıl maşın və texnikalar, proseslər və məhsullardan istifadə olunması qərara alınıb”, - məlumatda bildirilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 saat sonra
-
- 2 saat sonra
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
