“Gazelli Group” üçün ixrac asanlaşdı - sərbəst satış sertifikatları aldı
“Azexport” portalı “Gazelli Group” məhsullarına sərbəst satış sertifikatı verib.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı tərəfindən növbəti sərbəst satış sertifikatları təqdim olunub.
Mərkəzdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, sertifikatlar Azərbaycanda “Gazelli Group” şirkəti tərəfindən istehsal edilən şampun, duş geli, maye sabun və digər məhsullar daxil olmaqla, ümumilikdə 16 çeşiddə kosmetik vasitənin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, sərbəst satış sertifikatı Prezidentin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2023-cü il iyul ayına kimi 652 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
21 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
28 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 39 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
















.jpg)









