Bankın 10 milyon manatını şəxsi ehtiyaclarına xərcləyən şirkət rəhbəri tutuldu
“Bəzi sahibkarlar tərəfindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir”.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, müxtəlif şirkətlərin adından hüquqi şəxs kimi bankdan kredit kimi aldığı küllü miqdarda vəsaiti şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədhəsən Tağıyev direktoru olduğu “Baqira” və “Export Council Azeritrade” MMC adlı şirkətlərin guya fəaliyyətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi üçün notarial qaydada təsdiq olunmayan və faktiki olaraq bankın xeyrinə yüklü edilməyən əmlakları ipoteka predmeti kimi göstərməklə “Kredobank” ASC-dən həmin şirkətlərin adına rəsmiləşdirilmiş 5 milyon 620 min manat və 4 milyon 500 min manat, ümumilikdə 10 milyon 120 min manat məbləğində kredit vəsaitlərini öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.
M. Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin, o cümlədən “Kredobank” ASC-nin vəzifəli şəxslərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























