Azərbaycan xaricdə əmlaklara milyardlar yatırmağa hazırlaşır
PORTFELİNDƏ PAYI 10%-DƏK ÇATDIRILACAQ2022-ci ildə ARDNF-nin daşınmaz əmlak investisiyaları üzrə gəlirliliyi 9,2% olmuşdur. Artan faiz dərəcələri, müəyyən daşınmaz əmlak növlərinə tələbin azalması və ümumi istehlakçı əminliyində geriləməyə baxmayaraq, dayanıqlı və bazar tələblərinə uyğun əmlak növlərinə marağın artması və investisiyalardan sabit pul axınının davam etməsi yüksək diversifikasiya olunmuş portfelimizdə müsbət gəlirliliyə səbəb olmuşdur.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilir.
Qeyd edilib ki, ARDNF daşınmaz əmlak investisiyalarını 10 il əvvəl öz portfelinə daxil etmişdir. Daşınmaz əmlak investisiyaları portfelin diversifikasiyası və inflyasiyaya qarşı mühüm müdafiə vasitəsi rolunu oynayır.
"Daşınmaz əmlak portfelimiz uzunmüddətli sabit pul vəsaitləri axınını təmin etməklə 3,1 milyard ABŞ dolları dəyərindədir. Bu, ARDNF-nin ümumi portfel dəyərinin 6,2%-ni təşkil edir və növbəti illərdə bu payın 10%-dək çatması hədəflənir. Daşınmaz əmlak investisiyaları yarandığı ildən bəri 6,8% illik gəlirlilik olmaqla, ümumi 1,3 milyard ABŞ dolları qazanc əldə etmişdir. Bununla yanaşı, bazarda əhəmiyyətli dərəcədə mürəkkəb vəziyyətin mövcud olmasına baxmayaraq, 2022-ci ilin əvvəlindən 9,2% gəlirlilik əldə edilmişdir",- Hesabatda bildirilir.
Daşınmaz əmlak portfeli
Hesabatda bildirilir ki, dinamik bazar dəyişikliklərinə uyğunlaşmaq üçün ofis, ticarət, yaşayış, otel və logistika kimi ənənəvi daşınmaz əmlak növləri ilə yanaşı, cari daşınmaz əmlak portfeli tibbi laboratoriyalar, data mərkəzləri və tələbə yataqxanaları kimi taktiki və bazara əsaslanan alternativ daşınmaz əmlak növlərini əhatə edir. Bu günədək biz 30-dan çox ölkədə 17 etibarlı tərəfdaşla 6 birbaşa, 13 müştərək, 31 daşınmaz əmlak fondları vasitəsilə olmaqla ümumilikdə 50 investisiya həyata keçirmişik. Portfel regionlara və risk profillərinə görə yüksək diversifikasiya olunmuşdur. Daşınmaz əmlak fondlarına edilmiş investisiyalar ümumi daşınmaz əmlak portfelinin 61%-ni təşkil edir.


Hesabatda bildirilir ki, qlobal bazarlar yüksək qeyri-müəyyənlik dövrünə qədəm qoysa da, daşınmaz əmlak bazarının perspektivi müsbət olaraq qalmağa davam edir, lakin bu da əmlakın növü, yerləşməsi, fərdi strategiya və yerli bazarın əsasları kimi bir çox amillərə görə dəyişir. Qısa və daha çox lokal tənəzzüllə səciyyələnən zəif qlobal artım haqqında proqnozlar, əksər inkişaf etmiş bazarlarda yüksəlmiş inflyasiyanın nisbətən aşağı düşməsi daşınmaz əmlak bazarı üçün həm çətinliklər, həm də yeni imkanlar yaradır. Biz diqqətimizi güclü bazar əsaslarına malik möhkəm və davamlı sektorlara yönəltməyə davam edəcəyik. Strateji məqsədlərimizə uyğun olaraq, biz həmçinin, yeni daşınmaz əmlak növlərinin araşdırılması və investisiya portfelimizə yeni bazar və strategiyaların əlavə olunması üzərində çalışacağıq. “ESG”-nin artan əhəmiyyəti dəyişiklik üçün ən önəmli katalizatorlardan biridir. Tikintidən başlayaraq maliyyə və digər əməliyyatları əhatə edən daşınmaz əmlak sektoru üzrə ekoloji, sosial və korporativ idarəetmə məsələləri biznes qərarlarında nəzərə alınır. Biz bu amillərin davamlı inkişafın təşviqində, cəmiyyətə və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsində oynadığı əhəmiyyətli rolu dərk edirik. Gələcəkdə biz daha geniş təbəqəyə töhfə verən və ekoloji dayanıqlılığı nəzərə alan layihələrə investisiya etməyə davam edəcəyik.
"Daşınmaz əmlaka birbaşa investisiyalar Birbaşa investisiyalar Moskva, London, Paris və Tokio şəhərlərində yerləşən dörd əmlak olmaqla bizim daşınmaz əmlak portfelimizin 21%-ni təşkil edir. Hər bir əmlakımız illik əsasda müstəqil olaraq qiymətləndirilir. Aşağıdakı cədvəldə birbaşa investisiya etdiyimiz daşınmaz əmlakların 2021 və 2022-ci illər üzrə qiymətləndirmə nəticələri və müvafiq qiymətləndirici şirkətlər qeyd olunmuşdur".

Qeyd edıək ki, təbii sərvətlərindən əldə olunan gəlirlərin səmərəli və şəffaf idarə edilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir. ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi yolu ilə Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılmış xüsusi məqsədli dövlət qurumudur. ARDNF-nin Əsasnaməsi 2000-ci ildə təsdiq edilmişdir.
ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 30 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb






















.jpg)
