“Heydər Əliyev və Azərbaycan sənayesi” adlı konfrans keçirilib
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan sənayesi” adlı konfrans keçirilib. Konfransda aidiyyəti dövlət qurumlarının əməkdaşları və İZİA-nın idarəçiliyində olan sənaye zonalarının rezidentlərinin nümayəndələri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Ümummilli Liderin uzaqgörənliyi, mükəmməl idarəçilik təcrübəsi, müəllifi olduğu sosial-iqtisadi strategiyanın reallaşdırılması Azərbaycanın davamlı və dayanıqlı inkişafı üçün möhkəm təməl yaratdı. Bu strategiyanın mərkəzində Azərbaycanı qabaqcıl texnologiyaya əsaslanan sənaye ölkəsinə çevirmək, kənd təsərrüfatını dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək kimi mühüm hədəflər dayanırdı. Bu məqsədlərə nail olunması üçün Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə köklü islahatlar aparıldı, müvafiq normativ-hüquqi aktlar qəbul olundu və qanunvericilik bazası təkmilləşdirildi, mülkiyyətin transformasiyasına başlandı, kəndli torpağın əsl sahibinə çevrildi. Ulu Öndərin inkişaf kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan qalib dövlət, dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir.
İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsi müdirinin müavini Elçin Əzizli ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafında Ulu Öndərin misilsiz xidmətləri barədə məlumat verərək, hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən sahibkarlar ölkəmizdə sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılan biznes mühiti, həyata keçirdikləri investisiya layihələrindən danışıblar.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























