Ödəniş agentlərinin fəaliyyət qaydası müəyyənləşir
Ödəniş agenti bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsdir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bank, ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası və pul köçürməsi xidmətlərinin göstərilməsi, bank və elektron pul təşkilatı eyni zamanda elektron pulun satışı və elektron pulun qalıq dəyərinin geri
Bu halda ödəniş xidməti təchizatçısı cəlb etdiyi ödəniş agentlərinin ödəniş xidmətləri üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır. Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə başlanmasından əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir. Məlumata agentlə bağlanılmış müqavilənin əsli və ya təsdiq edilmiş surəti, habelə bu Qanunun 9.6-cı maddəsində (Ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üzrə tələblər, o cümlədən ödəniş agenti ilə bağlanılan müqavilənin şərtlərinə dair tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir) nəzərdə tutulan tələblərə uyğunluğu əks etdirən sənədlər əlavə olunur.
Ərizə daxil olduğu gündən 10 (on) iş günü müddətində Mərkəzi Bank ödəniş agentini bu Reyestrə daxil edir və bu barədə müraciət edən ödəniş xidməti təchizatçısına yazılı məlumat verir. Ödəniş agenti tərəfindən reyestrə daxil edilmədən ödəniş xidmətləri göstərilə bilməz. Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən bu Qanunda qeyd olunan məlumatlar tam təqdim edilmədikdə, təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə və ya agent ilə bağlanılmış müqavilə qanuna uyğun olmadıqda Mərkəzi Bank bu barədə ərizə daxil olduğu gündən 5 (beş) iş günü müddətində ödəniş xidməti təchizatçısına yazılı bildiriş göndərir. Müraciət edən bildirişdə göstərilən çatışmazlıqları yazılı bildirişin alındığı gündən 10 (on) iş günündən gec olmayaraq aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi müraciətə baxılması üzrə müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur. Çatışmazlıqlar aradan qaldırılmadıqda Mərkəzi Bank ödəniş agentini reyestrə daxil etməkdən imtina edir və bu barədə 10 iş günü müddətində ödəniş xidməti təchizatçısına imtina səbəbləri göstərilməklə yazılı məlumat verir. İmtina cavabı almış ödəniş xidməti təchizatçısı çatışmazlıqları aradan qaldırdıqdan sonra ödəniş agentinin reyestrə daxil edilməsi üçün Mərkəzi Banka yenidən müraciət edə bilər. Ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üzrə tələblər, o cümlədən ödəniş agenti ilə bağlanılan müqavilənin şərtlərinə dair tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş agentinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi ödəniş xidməti təchizatçılarının daxili qaydaları ilə müəyyən edilir. Ödəniş agenti ödəniş xidmətinin göstərilməsi üzrə ödəniş xidməti təchizatçısı tərəfindən tətbiq edilən xidmət haqlarından əlavə xidmət haqqı tətbiq edə və ya hər hansı formada başqa ödəniş tələb edə bilməz.
Ödəniş agenti bir və ya bir neçə bank, ödəniş təşkilatı və elektron pul təşkilatı adından çıxış edə bilər. Ödəniş agentinin bu hüququnun birbaşa və ya dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir. Ödəniş agenti ödəniş xidməti istifadəçilərinə adından çıxış etdiyi ödəniş xidməti təchizatçısı barədə məlumat verməlidir. Bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ödəniş agentinin fəaliyyətinə daxili qaydalarına uyğun olaraq nəzarəti həyata keçirmədikdə Mərkəzi Bank ödəniş xidməti təchizatçısının ödəniş xidmətlərini agentlər vasitəsilə göstərməsinin dayandırılması barədə icrası məcburi olan göstəriş verir. Ödəniş agenti ilə bağlanılan müqaviləyə dəyişiklik edildiyi və ya xitam verildiyi halda ödəniş xidməti təchizatçısı bu barədə 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidir. Müqaviləsinə xitam verilmiş ödəniş agenti Mərkəzi Bank tərəfindən reyestrdən çıxarılır.
Ödəniş xidməti təchizatçısı Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verməlidir. Baş vermiş insidentin ödəniş xidməti istifadəçisi üçün maliyyə itkiləri ilə nəticələnə biləcəyi halda, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərini insident və onun qarşısının alınması üçün onların həyata keçirə biləcəkləri tədbirlərlə bağlı dərhal məlumatlandırmalıdır.
Layihəyə görə, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə ödəniş xidməti istifadəçisini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə ödəniş xidməti istifadəçisinə məlumat verir. Ödəniş xidməti təchizatçısına şikayətin verilməsi ödəniş xidməti istifadəçisinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















