Satınalma zamanı ikimərhələli tenderin tətbiq ediləcəyi hallar açıqlanıb
Satınalma zamanı ikimərhələli tenderin tətbiq ediləcəyi hallar açıqlanıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, satınalan təşkilat ikimərhələli tender metodunu bu aşağıdakı hallarda tətbiq edə bilər:
-. satınalma predmetinin müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə;
-. satınalan təşkilat satınalma predmetinin təsvirini dəqiqləşdirmək, xüsusiyyətlərini (texniki göstəricilərini) formalaşdırmaq və öz tələbatını təmin etmək üçün ən məqbul qərarı qəbul etməli olduqda;
-. satınalma predmeti elmi tədqiqat, eksperiment, axtarış və ya araşdırmalar aparılması, habelə mürəkkəb xüsusiyyətlərə malik informasiya sistemlərinin yaradılması və tikinti-quraşdırma işləri ilə bağlı olduqda.
Ehtimal olunan ehtimal olunan qiymət 100 000 manatdan (ondan çox olduqda) aşağı olması satınalan təşkilatın ikimərhələli tender metodunu tətbiq etmək hüququnu məhdudlaşdırmır.
Satınalma komissiyası satınalan təşkilatın tələbatının ödənilməsinin müxtəlif mümkün üsulları və həlləri ilə əlaqədar təkliflərin cəlb edilməsi barədə elan verir.
İkimərhələli tenderin birinci mərhələsində bütün təchizatçılara ilkin təkliflərini onun qiymətini göstərmədən təqdim etmək təklif olunur. Bu halda, şərtlər toplusunda satınalma predmetinin xüsusiyyətlərinə (texniki göstəricilərinə) aid tələblər nəzərdə tutulur. Satınalma komissiyası satınalma predmetinin xüsusiyyətləri (texniki göstəriciləri) ilə əlaqədar təchizatçılarla müzakirələr apara bilər.
İkimərhələli tenderin ikinci mərhələsində satınalma komissiyası tenderdən kənarlaşdırılmamış təchizatçılara yenilənmiş satınalma şərtlərini nəzərə almaqla və satınalma predmetinin özünəməxsus xüsusiyyətlərinin məcmusu barədə qiymətləri göstərməklə yekun təklifləri təqdim etməyi təklif edir. Satınalma komissiyası yekun təkliflərin təqdim edilməsi üçün azı 20 (iyirmi) iş günü müddət müəyyən edir.
Satınalma komissiyası ikinci mərhələ başlayanadək satınalma predmetini dəyişdirməmək şərtilə onun ilkin texniki, keyfiyyət və istismar xüsusiyyətlərinin hər hansı hissəsini, habelə təkliflərin qiymətləndirilməsi üçün müəyyən edilən ilkin meyarları çıxarmaq, dəyişdirmək və ya yenisini əlavə etmək hüququna malikdir. Hər hansı belə dəyişiklik barədə bildiriş təchizatçılara yekun təklifləri təqdim etmək haqqında dəvətlə birlikdə göndəriləcək.
Qalib təchizatçını müəyyənləşdirmək məqsədilə yekun təkliflər bu Qanuna uyğun qiymətləndiriləcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
-
1 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
1 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
2 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























