Veysəloğlu Şirkətlər Qrupu rəqəmsallaşma layihəsi üzrə beynəlxalq mükafata layiq görüldü
Veysəloğlu Şirkətlər Qrupunda “SAP” layihəsinin icrasına indiyə kimi 10 milyon manatdan çox vəsait yatırılıb.(®) “Araz” supermarketlər şəbəkəsi və “Veysəloğlu Distribusiya” rəqəmsal transformasiya ilə bağlı “SAP” üzrə ən yaxşı layihələrdən seçilib.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi və “Veysəloğlu Distribusiya” qlobal dövriyyənin 77 faizini idarə edən müəssisə resurslarının planlaşdırılması proqramı “SAP” tərəfindən mükafata layiq görülüb.
Barselona şəhərində təşkil edilən “Sapphire 2023” tədbirində Mərkəzi və Şərqi Avropadan “SAP” üzrə ən yaxşı beş layihə müəyyən edilib. “Veysəloğlu Distribusiya” şirkəti texniki və prosesə uyğun dəyərləndirmələrə görə həmin layihələrdən biri seçilib.
“Araz” supermarketlər şəbəkəsi isə “Glasshouse” tərəfindən Türkiyədə keçirilən tədbirdə “SAP” layihəsində istifadə olunan süni intellekt dəstəkli sistem idarəsi (AIOPS) üzrə mükafata layiq görülüb.
Qeyd olunan mükafatlar Veysəloğlu Şirkətlər Qrupunun Rəqəmsal Transformasiyalar direktoru Özgür Kakmacıya təqdim edilib. “Bizim üçün “SAP” yalnız proseslərin effektivliyini artırmaq vasitəsi deyil, eyni zamanda əməkdaşların inkişafı üçün də ciddi bir yatırımdır. Şirkətimizdə “SAP” üzrə mütəxəssislər yetişdirilir. Bu isə yalnız bizim şirkətimiz üçün deyil, ölkənin əmək bazarı üçün bir qazancdır”,-deyə Özgür Kakmacı bildirib.
Veysəloğlu Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində davam edəcək “SAP” layihəsinin icrasına indiyə kimi 10 milyon manatdan çox vəsait yatırılıb. Qrupa daxil olan “Veysəloğlu Distribusiya” və “Araz” supermarketlər şəbəkəsinin “SAP S/4HANA” platformasına keçidi artıq başa çatıb. Qrupa daxil olan digər şirkətlərdə isə “SAP” platformasına keçid davam edir.
“SAP S/4HANA” müəssisə resurslarının planlaşdırılması üzrə dünyada lider sistem olaraq ən uğurlu şirkətlərin seçimidir. Bu rəqəmsal layihə şirkətin logistika, daşınmaz əmlakın idarə edilməsi, maliyyə, satış və satınalma, istehsalat, insan resursları daxil olmaqla, bütün departamentlərini əhatə edir. Proqram prosesləri tez və səmərəli şəkildə genişləndirməyə imkan verir.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
53 d. əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
1 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
-
2 saat əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
2 saat əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
2 saat əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
Ən çox oxunanlar
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub






















