"Mərkəzi Bank inflyasiyanın qarşısını almaq üçün istehlak kreditlərini məhdudlaşdırıb" - KAZIMOV
“İnflyasiyanın proqnozdan fərqli olması ilə bağlı fikirlər səsləndirilir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, Mərkəzi Bankın proqnozuna inanmırsınızsa, bunu bizə əsaslandırın: “Bizim qapılarımız açıqdır, müzakirəyə açığıq. Biz 11,3 % inflyasiya proqnozlaşdırırıq. Amma yenə də bu proqnoza baxılacaq. Sözsüz ki, biz beynəlxalq maliyyə institutlarının proqnozlarını da nəzərdən keçiririk. Xahiş edirəm ki, kimdəsə də öz proqnozları varsa, bizimlə müzakirə etsin, paylaşsın. Bizim proqnoza inanmayanlarla da biz müzakirəyə hazırıq”.
Taleh Kazımov qeyd edib ki, Azərbaycanda inflyasiya idxal olunan inflyasiyadır:
“Aprel ayında 12,8 % inflyasiyanın 6 % bənddən çoxu idxal olunan inflyasiyadır. Ümumi olaraq, biz yaşadığımız inflyasiyanın 80 %-ə qədəri idxal olunan inflyasiyadır. Kim istəsə, bunu əsaslandıra da bilərik. AMB inflyasiyanın qarşısını almaq üçün bir neçə addımlar atır. AMB istehlak kreditlərini məhdudlaşdırıb. Bu, inflyasiyanın qarşısını almaq üçündür. Sabit məzənnə rejimi nominal effekti vasitəsi ilə inflyasiyaya azaldıcı təsir göstərir. Növbəti bizim inflyasiyanı nəzarət altına almaq üçün atacağımız addım uçot dərəcəsinin effektivliyinin artırmaqla bağlı olacaq. Keçən il sentyabr ayından başlayaraq, yeni pul siyasəti həyata keçiririk. Banklararası aylıq dövriyyə artıq 3 milyardı ötür. Bu, tarixi rekorddur. Bu o deməkdir ki, banklar artıq bir-birinə kredit verməyə başlayıb. İlk dəfə olaraq, Azərbaycanda keçən il sentyabrın 1-dən buna başlanıb”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















