Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edildi
Bakıdan 07:30-da yola düşəcək, Qəbələyə saat 10:50-də çatacaq.“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü və 28-29 Qurban bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə 10 əlavə qatar reysi təyin edib.
26, 27, 28, 29 və 30 iyun 2023-cü il tarixlərində Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə sürətli sərnişin qatarlarının hərəkət cədvəlində də müvafiq dəyişikliklər edilib.
Belə ki, Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:20-də çatacaq.
Qeyd edək ki, yay mövsümünün başlanması ilə bağlı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, onların Qəbələdə daha çox maraqlı vaxt keçirmələri üçün 01 iyul 2023-cü il tarixindən etibarən şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli yuxarıda qeyd edilmiş bayram günlərinin qrafiki üzrə yenilənəcək.
Məlumat üçün bildirək ki, ADY 18 mart 2023-cü ildən etibarən ölkə tarixində ilk dəfə olaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hərəkət edir.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















.jpg)