Süni intellektli Claas Trion kombaynı Azərbaycanda
Bu il ilk dəfə Azərbaycanda taxıl süni intellektli "Claas Trion" kombaynı ilə biçiləcək!(®) 2017-ci ildən Azərbaycan bazarında Almaniyanın “Claas” markasının rəsmi tərəfdaşı olan 4S yeni inkişaf mərhələsinə qədəm qoyub.
Son beşillik fəaliyyət dönəmini ciddi analiz edən şirkət gələcək beş il üçün inkişaf konsepsiyasını işləyib hazırlayıb. Yeni inkişaf konsepsiyasında innovativ yeniliklərin Azərbaycan bazarında təqdimatının genişləndirilməsi ilə yanaşı, fermerlərə daha yaxın olmaq üçün servis şəbəkəsinin genişləndirilməsi hədəf kimi müəyyənləşdirilib. Bu məqsədlə Bakıda 2023-2028-ci ildə əməkdaşlığa dair memarandum imzalanıb.
Eyni zamanda dünyada baş verən geosiyasi proseslər buğda, taxıl və digər dənli bitkilər sahəsinə qiymətlərin artımına səbəb olmaqdadır. Bu reallığı nəzərə alaraq 4S azərbaycanlı fermerlərə daha müasir, daha güclü və istismar xərcləri daha optimal olan texnologiyaları təqdim etmək niyyətindədir.
4S və “Claas” şirkətinin azərbaycanlı fermerlərə təqdim etdiyi son yenilik isə “Claas Trion” kombaynıdır.
Yeni “Trion Claas”ın kombaynlarının istehsalı sahəsində çox təcrübəsi nəzərə alınaraq, fermerlərin istəkləri və yeni innovasiyaların tətbiqi ilə istehsal edilib. Hər bir əkin sahəsinin özünəməxsusluqları mövcuddur və bu mexanizatordan, onun maşınından maksimal güc və bacarıq tələb edir. Məhz “Claas Trion” bu tələblərə cavab verən unikal və universal maşındır. “Claas Trion” asan və sürətli şəkildə bir bitkinin biçinindən digərinin biçininə adaptasiya ola bilir və bu bacarığına görə bazarda rəqibsizdir.
Müasir zamanda kombayn hərəkətdə olan mini fabrikdir və onun ortalama 20 parametri olur. Effektiv iş üçün mexanizator bu parametrləri ayrı-ayrılıqda tənzimləməlidir. Kombaynın biçin parametrləri düzgün tənzimlənməyəndə onun məhsuldarlıq əmsalı aşağı düşür. Bunu nəzərə alan “Claas” mütəxəssislərinin “Trion”u təchiz etdiyi CEMOS bütün bu işlərin effektiv optimallaşdırılmasını öz üzərinə götürür. Başqa sözlə “Trion” sizin sahədə yalnız biçin həyata keçirmir, eyni zamanda sahənizi öyrənir və yaddaşına həkk edir. Biçinin hər saatı o sizə daha effektiv xidmət üçün özünü təkmilləşdirir. Trionun smart sistemlərlə təmin edilməsi mexanizatorunda işini asanlaşdırır.
Üstün göstəriciləri və universallığı onun 2022-ci il “Farm Machine” nominasiyasının qalibi edib. Artıq bu ilin biçin mövsümündə Azərbaycan taxılı da “Claas Trion” ilə biçiləcək.
Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyada iş adamları ilə keçirilən məhsuldar görüşün nəticəsi olaraq yeni mərhələdə “Claas” və 4S birlikdə işğaldan azad edilmiş ərazilərdə investisiya imkanlarının araşdırılmasına da başlayıb. Bu sahədə artıq dövlət orqanları ilə ilkin məsləhətləşmələr də başlayıb.
“Claas” şirkətinin süni intellektlə təmin edilmiş taxıl yığan kombaynı ilk dəfə Azərbaycanda təqdim edilib. 4S şirkəti yeni dönəmdə Azərbaycan fermerlərinə yaxın olmağa, onlara ən yaxşı xidmət göstərmək üçün struktur islahatlarını uğurla həyata keçirdib. Azərbaycanlı fermerləri 4S izləməyə və bizimlə qalmağa dəvət edirik.
4S və “Claas” fürsətdən istifadə edib Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibəti ilə təbrik edirik. 3 rəngli ay-ulduzlu bayrağımızın daim qürurla dalğalanmasını arzulayırıq.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
4 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
















