Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
(®) Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, “28 may – Müstəqillik Günü” ərəfəsində həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində başladığı növbəti layihəni uğurla başa vurub.
Bankın əməkdaşları Ağdam, Ağcabədi və Bərdə rayonlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank heyvandarlıq təsərrüfatının qurulması üçün onları mal-qara və yem ilə təmin edərək sahibkarlığa başlamalarına təkan vermişdir.
Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.
Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Bankdan verilən məlumata əsasən, Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















