Türkiyə Mərkəzi Bankının ehtiyatları kəskin azalıb - 21 İLİN ƏN AŞAĞI SƏVİYYƏSİ
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları seçkilərdən bir həftə əvvəl 9 milyard dollar azalaraq 105,1 milyard dollar olub.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB )ümumi ehtiyatlarında pandemiya dövründən bəri ən kəskin azalma seçkidən bir həftə əvvəl müşahidə edilib. Xalis ehtiyatlar da son 21 ilin ən aşağı səviyyəsinə düşüb.
Marja TCMB-nin məlumatlarına istinadən xəbər verir ki, 12 may həftəsində ümumi ehtiyatlar 9 milyard dollar azalaraq 105,1 milyard dollar olub. Beləliklə, pandemiya dövründən bəri ümumi ehtiyatlarda ən kəskin azalma müşahidə olunub.
Mayın 12-si həftəsində cəmi valyuta ehtiyatlarında 7,6 milyard dollar, qızıl ehtiyatlarında isə 1,4 milyard dollar azalma olub.
12 may həftəsində xalis valyuta ehtiyatlarının tarixi minimum səviyyəyə düşdüyü müşahidə olunub. TCMB-nin xalis ehtiyatları 6,8 milyard dollardan 2,3 milyard dollara qədər azalıb. Beləliklə, xalis valyuta ehtiyatları 2002-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.
Oxşar mənzərə svoplar (swap) istisna olmaqla xalis ehtiyatlarda da müşahidə olunub. 12 May həftəsində svoplar xaric xalis ehtiyatlar mənfi 57,8 milyard dollar olub. Svoplar istisna olmaqla, xalis ehtiyat əvvəlki həftə mənfi 53,4 milyard dollar olmuşdu.
Müştərilərin xəbərləri

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 29 d. əvvəl
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
3 saat əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
3 saat əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“AzerGold" şirkətinin ixracdan gəlirləri 2 dəfə artıb

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Oktyabrın 1-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

Qarabağ Universitetinin 3 fakültəsi üçün binalar tikiləcək

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc
