Avstriyanın 100 ildən artıq fəaliyyət göstərən şirkəti “Azəristiliktəchizat" ilə işləmək istəyir
“Azəristiliktəchizat" ASC-də Avstriya İqtisadiyyat Palatası və AZPROMO-nun birgə təşkilatçılığı ilə Avstriya-Azərbaycan şirkətlərinin və təşkilatlarının ikitərəfli görüşləri çərçivəsində Avstriyanın "Klinger Fluid Control" şirkətinin nümayəndələri ilə görüş keçirilib.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, görüşdə iştirak edən Avstriya İqtisadiyyat Palatasının nümayəndəsi xanım Eva Maria Vethaler və "Klinger Fluid Control" şirkətinin nümayəndəsi Grzegorz Dabrovski Bakıya səfərləri haqqında məlumat veriblər. "Klinger Fluid Control" şirkətinin yüz ildən artıq fəaliyyət göstərdiyini, müxtəlif sahələr üçün etibarlı bağlanma klapanları və digər avadanlıqların istehsalı üzrə dünyada aparıcı mövqe tutduqlarını qeyd ediblər.
ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qonaqlara "Azəristiliktəchizat"da həyata keçirilən layihələr və istilik təchizatı sahəsində aparılan islahatlar çərçivəsində qarşıda duran əsas vəzifələr haqqında məlumat verib.
İ.Mirzəliyev qeyd edib ki, bu gün "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 564 qazanxana istismar olunmaqla 3879 yaşayış binası, 184 mindən artıq mənzil, 288 məktəb, 166 uşaq bağçası, 151 səhiyyə obyekti və 2400 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilir. Cəmiyyətin təsərrüfatlarında 27 mindən artıq qoruyucu klapan, siyirtmə, əks klapanlar, 10 mindən artıq müxtəlif diametrli ventillər, 1000 kilometrə yaxın magistral və məhəllədaxili istilik xətləri istismar edilir. Bu gün əsas vəzifə növbəti istilik mövsümünə hazırlıqla bağlı nəzərdə tutulan tədbirlərin vaxtında icra edilməsi və istilik təchizatının keyfiyyət parametrlərini yüksəltməklə vətəndaş məmnunluğunun təmin edilməsindən ibarətdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 17 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















