Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb
"Özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır".
Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O bildirib ki, artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır.
"Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün təqdim olunacaq" - deyə o bildirib.
DSMF-nin investisiya fəaliyyəti üçün şura və komitə yaradılacaq
"Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) investisiya fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiqlənib. Hazırda İnvestisiya Şurası və İnvestisiya Komitəsinin yaradılması, onların əsasnaməsinin təsdiqi və bu sahədə sistemli işin həyata keçirilməsi məqsədilə investisiya sənədinin hazırlanması istiqamətində iş gedir", -Himalay Məmişov deyib.
Onun sözlərinə görə, proses yekunlaşdıqdan sonra ilin ortalarına yaxın investisiyaların yerləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək:
"Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən həmin qaydalarda investisiyanın ediləcəyi istiqamətlər müəyyənləşib. Burada xüsusi diqqət yetirilməli məqam ondan ibarətdir ki, hər iki fondun investisiyalarını yatıracağı istiqamətlər maksimum dövlət zəmanəti ilə təmin olunmuş istiqamətlərdir. Çünki hər hansı bir risk olmamalıdır. İnvestisiya istiqamətləri qaydalarda müəyyən olunduğu kimi dövlət qiymətli kağızlarına və istiqrazlarına, Mərkəzi Bankın istiqrazlarına, sistem əhəmiyyətli banklarda depozitlərin yerləşdirilməsinə, eləcə də sadaladığımız qiymətli kağızlardan istifadə etməklə repo və əks-repo əməliyyatlarına yönəltmədən ibarət olacaq".
DSMF sədri bildirib ki, investisiyadan əldə olunan gəlirlər pensiya, sosial təminat sahəsində islahatların həyata keçirilməsinə və sürətləndirilməsinə sərf olunacaq.
"Bu il həmin istiqamətlər üzrə investisiyaların qoyulması nəzərdə tutulur. Hazırda bununla bağlı hazırlıq işləri həyata keçirilir".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)


