Bağçılıq və üzümçülük üçün insan idarəetməsi olmayan robot teknikası ilk dəfə Azərbaycanda təqdim edilir
(®) Dünyaca məhşur İtalyan markası Maschio Gaspardo innovativ özüyeriyən Icaro X4 robot texnikasını bu il 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində təqdim edilib.
Sərgi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tanış olublar. Onlar Icaro X4 robot texnikası ilə yaxından maraqlanıblar.
Hər il olduğu kimi bu il də sərgidə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və məhsulları ziyarətçilər üçün sərgilənib. Ötən illərdən fərqli olaraq bu il sərgidə daha çox diqqət ekoloji və iqtisadi cəhətdən səmərəli texnika və texnologiyalara ayrılıb.
Üzümçülükdə yenilik olan bu texnika üzüm bağlarında göbələk xəstəliklərinin profilaktikası məqsədilə istifadə edilən ilk dünya hybrid robotudur. Robotun UV-C ultrabənövşəyi şüaları üzüm sahəsində mövcud olan zərərvericiləri məhv etməklə təsərrüfatda əlavə kimyəvi vasitələrinin istifadə edilməsinə ehtiyac yaratmır və nəticədə ekoloji cəhətdən sağlam məhsul yetişdirilir.
Robot texnikasının ultrabənövşəyi UV-C şüalar hesabına işlədiyi üçün ekonomik olmaqla yanaşı, ətraf mühit və insan sağlamlığına tam zərərsizdir. Bu yüksək innovativ texnikaya sahib olmaqla təsərrüfat sahibləri üzümçülük sahələrini kimyəvi maddələrdən qorumağa nail olacaqlar. Robotun digər üstünlüyü sahədə gecə və gündüz avtomatik rejimdə sputnikdən alınan siqnallar vasitəsiylə sürücüsüz idarətetmə rejiminin olmasıdır. Icaro X4 robot texnikası avtomatik idarəetməsi nəticəsində işçi resurslarına qənaət etməklə xərclərin azaldılmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 16 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















