SOCAR Yaponiya Bankı ilə anlaşdı
SOCAR ilə JBIC arasında dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb16 may 2023-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Özbəkistan Respublikasında keçirilən İllik Toplantısında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə Yaponiya şirkətləri arasında əməkdaşlığın təşviqini nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində şirkətlər dekarbonizasiyaya doğru qlobal tendensiyaya uyğun olaraq aşağı karbonlu texnologiyaların, o cümlədən CCS (karbon tutma və saxlama) və CCUS (karbon tutma, istifadə və saxlama), hidrogen və ammonyak layihələrinin tətbiqi ilə bağlı məlumat mübadiləsini həyata keçirəcəklər.
SOCAR və Yaponiya şirkətləri əməkdaşlığı inkişaf etdirmək və karbon qazının azaldılması və ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək layihələrin həyata keçirilməsini sürətləndirmək üçün birgə çalışacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 9 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"



















