"Naxçıvanda una görə subsidiya yalnız "Gəmiqaya Holdinq"ə verilib"
Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditini həyata keçirib.
Palataya istinadən xəbər verilir ki, qurum un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin etməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18 milyon 474 min 308,34 manat, 2022-ci ildə icra edilmiş 6 milyon 938 min 485,19 manat vəsait NMR-nın Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmayıb.
Məlumatda həmçinin, satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyinin xətti ilə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərinin yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq”in istifadə etdiyi qeyd edilib.
Qeyd edək ki, "Gəmiqaya Holdinq" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinə məxsusdur.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib




















