Avropa İttifaqı 69 milyard dollarlıq satınalmanı təsdiqlədi
Avropa İttifaqı (Aİ) Microsoft-un kompüter oyunları nəhəngi Activision-u satın almasını təsdiqləyib. Bildirilib ki, satınalma üçün Aİ Komissiyasının müsabiqə baxışı təsdiq edilib.Avropa İttifaqı (Aİ) kompüter oyunları şirkəti Activision Blizzard-ın ABŞ-ın texnologiya şirkəti Microsoft tərəfindən 69 milyard dollara alınmasını təsdiqləyib.
Marja xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası, Microsoft-un Activision Blizzard-ı alması üçün rəqabət araşdırmasını başa çatdırıb.
Təsdiqin Microsoft-un üzərinə götürdüyü öhdəliklərə əməl etməsilə bağlı olduğu qeyd edilib.
Açıqlamada bildirilib ki, Microsoft Avropa İttifaqının rəqabət tələblərinə cavab vermək üçün, PC və konsol oyunlarının bulud axını xidmətləri vasitəsilə paylanmasına dair 10 illik əhatəli lisenziyalaşdırma öhdəlikləri götürüb. Öhdəliklərə görə, Avropadakı istehlakçılar bütün Activision Blizzard oyunlarından istədikləri bulud xidməti vasitəsilə istifadə edə biləcəklər.
Açıqlamada bu öhdəliklərin Komissiya tərəfindən müəyyən edilmiş rəqabət problemlərini tam şəkildə əhatə etdiyi bildirilib.
Keçən ilin əvvəlində Microsoft Activision Blizzard-ı təxminən 69 milyard dollara almaq planını açıqlayıb.
Avropada fəaliyyət göstərən iri şirkətlərdə birləşmə və satınalmalara nəzarət Aİ Komissiyasının səlahiyyətinə daxildir.
Aİ Komissiyası araşdırmalarında rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zidd hallar aşkar edilərsə, Aİ Komissiyası birləşmə və ya satınalmaların qarşısını ala bilər.
Aİ-nin təsdiqi üçün Microsoft, Avropa istehlakçılarına Activision-un oyunları üçün 10 illik pulsuz bulud oyun xidməti təqdim etməyi də öhdəsinə götürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)




