Naxçıvanda fəaliyyət göstərən banklar arasında mini futbol turniri keçirilib
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş regionda fəaliyyət göstərən banklar arasında mini futbol turniri başa çatıb2023-cü il mayın 8-də “Heydər Əliyev İli” ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə regionda fəaliyyət göstərən bank və digər kredit təşkilatları arasında keçirilən mini-futbol turnirinin final mərhələsi keçirilib.
Mərkəzi BAnkın yaydığı məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin sədri, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, həmçinin muxtar respublikada fəaliyyət göstərən bank filiallarının rəhbərləri, bank əməkdaşları iştirak edib.
"Naxçıvanbank" ASC və "Bank Respublika" ASC-nin Naxçıvan filialının komandaları arasında baş tutan final oyunu gərgin mübarizə şəraitində keçmişdir. Görüş "Bank Respublika" ASC-nin Naxçıvan filialının komandasının əzmkar qələbəsi ilə başa çatmışdır.
Yekunda qalib komandaların mükafatlandırma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Elçin Əliyev və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı çıxış edərək qalib komandaları təbrik edib.
Qalib komanda üzvlərinə kubok və diplomlar təqdim olunmuşdur.
Qeyd edək ki, 12 aprel tarixindən start verilmiş turnirdə ümumilikdə 12 komanda iştirak edib. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin komandası ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən bank, sığorta və digər kredit təşkilatlarının komandaları mübarizə aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















