“AFB Bank” kart sahiblərinə şad xəbər: “Google Pay™” aktivləşdi
(®) “AFB Bank” müştərilərinin ödənişlərini daha da asanlaşdırmaq üçün müasir texnologiyaların tətbiqinə davam edir. Belə ki, 24 aprel tarixində “AFB Bank” ödəniş kartları üçün “Google Pay™” xidməti aktivləşib.
Son dövrlərdə rahatlığı baxımından geniş istifadə edilən “Google Pay™” kart istifadəçilərinə karta fiziki olaraq ehtiyac olmadan təmassız ödəniş etməyə imkan verir. Bu xidmət sayəsində “Android” əməliyyat sistemli elektron cihazlar vasitəsilə mağazalarda, internet saytlarında, tətbiqetmələrdə bir neçə saniyədə ödəniş etmək mümkündür. Onu da bildirək ki, “Google Pay™”in digər ən vacib özəlliklərindən biri də, təhlükəsiz olmasıdır, burada kartlara aid məlumatlar heç bir halda 3-cü şəxslərə ötürülmür.
Xidmətə qoşulmaq üçün “AFB Bank” tətbiqinə giriş edə və ya “Google Wallet™” tətbiqinə kartınızı əlavə edə bilərsiniz. Aktivləşdirmədən sonra təmassız ödəniş etmək üçün mobil cihazınızda “NFC” funksiyasını aktiv etməyiniz yetərlidir.
Qeyd edək ki, bankın bu və digər xidmətləri barədə ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.
Daima inkişafda olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri - kredit, kartlar, əmanət, depozit, köçürmə və s. təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)
