ABŞ bankının səhmləri 22 faiz ucuzlaşıb
ABŞ-ın "First Republic" bankı bu ilin birinci rübündə 100 milyard dollardan çox əmanət itirib. Bankın səhmləri ABŞ banklarının iflasından sonra 22% dəyər itirib.
Marja xəbər verir ki, bu, bankın maliyyə hesabatı və ticarət məlumatlarından məlum olur.
Bankın depozit portfeli 2022-ci ilin dördüncü rübündəki 176,43 milyard dollardan 104,47 milyard dollara düşüb. "First Republic" bankı "Bank of America", "Citigroup", "JPMorgan Chase" və "Wells Fargo" da daxil olmaqla ABŞ-ın bank nəhənglərindən əlavə 30 milyard dollar əmanət cəlb edib. Bu məbləğ nəzərə alınmadan Bankdan əmanət çıxışı 100 milyard dollardan çoxdur.
Bankın səhmləri 22,13% ucuzlaşma ilə hər səhm üçün 16 dollar təşkil edib.
Bankın baş maliyyə direktoru Neal Holland hesabatda, "Mart ayında bir neçə bankın bağlanmasından sonra biz görünməmiş depozit axını ilə üzləşdik" deyib.
Silikon Vadisi Bankı (SVB) martın 10-da iflas edib, bu da 2008-ci il maliyyə böhranından bəri ABŞ-da ən böyük bank uğursuzluğudur. Bundan əlavə, martın 8-də Silvergate Bankının, martın 12-də isə Nyu-Yorkda yerləşən Signature Bank-ın bağlandığı elan edilib.
The New York Times xəbər verir ki, SVB-nin uğursuzluğu digər ABŞ banklarının da problemlə üzləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 18 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















