Əhalinin banklara borcu 9 milyard manatı keçib - BU İL 328 MİLYON MANAT ARTIB
Bankların cəmi kredit portfeli 20 milyard manat səviyyəsini keçib.Azərbaycandakı bankların cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin yanvar ayında 75 milyon 236 min manat, fevral ayında 87 milyon 838 min manat artdıqdan sonra mart ayında 281 milyon 167 min manat artıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 Mart 2023-cü il tarixində bankların cəmi kredit portfeli 20 milyard 38 milyon 596 min manat təşkil edib ki, bu da 28 Fevral 2023-cü il tarixi ilə (19 milyard 757 milyon 429 min manat) müqayisədə 281 milyon 166 min manat çoxdur.
2023-cü ilin ilk 3 ayında (yanvar-mart) bankların cəmi kredit portfeli 444 milyon 241 min manat artıb.
ƏHALİNİN BORCU ARTIB
Bankların cəmi kredit portfeli daha çox əhali tərəfindən götürülən istehlak və ipoteka kreditlərinin hesabına artıb.
Belə ki, 2023-cü ilin mart ayında bankların biznes kreditləri portfeli 135 milyon 818 min manat artaraq 10 milyard 971 milyon 396 min manata çatıb. Yanvarda və fevralda biznes kreditləri portfeli azalmışdı. Ötən ilin sonunda bankların biznes kreditləri portfeli 10 milyard 855 milyon 61 min manat təşkil etmişdi.
Bankların biznes kreditləri portfeli yanvarda 9 milyon 501 min manat, fevralda isə 9 milyon 982 min manat azalmışdı.
2023-cü ilin yanvar-mart aylarında bankların istehlak kreditləri portfeli 188 milyon 300 min manat artaraq 5 milyard 942 milyon 445 min manata, ipoteka kreditləri portfeli isə 139 milyon 596 min manat artaraq 3 milyard 124 milyon 755 min manata çatıb.
Bankların istehlak kreditləri portfeli yanvarda 57 milyon 720 min manat, fevralda 51 milyon 702 min manat, martda 78 milyon 878 min manat artıb.
Bankların ipoteka kreditləri portfeli isə yanvarda 27 milyon 7 min manat, fevralda 46 milyon 18 min manat, martda 66 milyon 571 min manat artıb.
31 Mart 2023-cü il tarixində, əhalinin banklara cəmi borcunu göstərən istehlak və ipoteka kreditləri üzrə cəmi qalıq kredit 9 milyard 67 milyon 199 min manat təşkil edib. İlin ilk 3 ayında bu iki kredit üzrə artım 327 milyon 896 min manat təşkil edib. Ötən ilin sonunda istehlak və ipoteka kreditləri üzrə cəmi qalıq borc 8 milyard 739 milyon 304 min manat təşkil etmişdi.
İstehlak krediti - sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir.
Biznes krediti - hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sahibkarlıq məqsədilə verilən kreditdir.
İpoteka krediti - daşınmaz əmlakın əldə edilməsi məqsədilə verilən kreditdir.
31.03.2023-cü il tarixində biznes kreditlərinin 506,1 milyon manatını və ya 4,6%-ni, istehlak kreditlərinin 45,4 milyon manatını və ya 0,8%-ni, ipoteka kreditlərinin isə 197,9 milyon manatını və ya 6,3%-ni qeyri-işlək kreditlər təşkil edib (cəmi qeyri-işlək kreditlər 749,5 milyon manat olub).
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
6 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
7 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
9 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"






.jpg)







.jpg)



